Mahmud Abbas Türkiyəyə gəlir - Açıqlama (Yenilənib)

img

31-07-2024 [15:53]


Fələstin prezidenti Mahmud Abbas yaxın günlərdə Türkiyəyə rəsmi səfərə gələcək.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu məlumatı Türkiyə parlamentinin sədri Numan Kurtulmuş açıqlayıb.

Onun szlərinə görə, o, səfər çərçivəsində Türkiyə Böyük Millət Məclisində (TBMM) Fələstin davası ilə bağlı deputatlar qarşısında çıxış edəcək: 

"Önümüzdəki günlərdə bir sıxıntı olmazsa, cənab Mahmud Abbası TBMM-ə dəvət edəcəyik. O, millət vəkillərinin hüzurunda Fələstin davasından məruzə ilə çıxş edəcək".

***

Prezident Administrasiyasının Kommunikasiyalar direktoru Fahrettin Altun Fələstin prezidenti Mahmud Abbasın Türkiyəyə səfər edəcəyini açıqlayıb.

Mia.az xəbər verir ki, bu barədə o, sosial media hesabında məlumat verib: "Fələstin Prezidenti cənab Mahmud Abbas avqustun 14-15-də ölkəmizə səfər edəcək...".

Samir Musayev

MİA.AZ 


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:49 13.10.2024

Sabah yağış yağacaq