Müdafiə Nazirliyinin strukturu ilə xüsusi təyinatlı təhsil müəssisələri haqda dəyişiklik - Fərman imzaalandı

img

31-07-2024 [13:21]


Azərbaycan Respublikası Prezidenti “Azərbaycan Respublikası Müdafiə Nazirliyinin strukturu”nda dəyişiklik edilməsi haqqında Fərman imzalayıb.

Mia.az xəbər verir ki, bu barədə məlumatı Prezidentin mətbuat xidməti yayıb.

Nazirlər Kabinetinə bu Fərmandan irəli gələn məsələləri həll etmək tapşırılıb.

Bundan əlavə, Prezident İlham Əliyevin fərmanı ilə Xüsusi təyinatlı təhsil müəssisələrinin siyahısına dəyişiklik olub.

Fərmanla xüsusi təyinatlı təhsil müəssisələrinin siyahısına “Bakı Hərbi Kolleci, Gəncə Hərbi Kolleci, Naxçıvan Hərbi Kolleci əlavə edilib.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA