Zahid Oruc 33 saylı Xətai Birinci Seçki Dairəsindən namizəd olacaq - Açıqlama

img

16-07-2024 [15:04]


Milli Məclisin deputatı, Sosial Tədqiqatlar Mərkəzi İdarə Heyətinin sədri Zahid Oruc sentyabrın 1-də keçiriləcək növbədənkənar parlament seçkilərində iştirak edəcək.

Mia.az xəbər verir ki, Zahid Oruc bu dəfə 33 saylı Xətai Birinci Seçki Dairəsindən namizəd olacaq.

Z. Oruc deyib ki, bu dəfə deputatlığa namizədlərin seçki proqramlarında “Ümumilli problem”, “Qarabağ münaqişəsi”, “Qaçqın və məcburi köçkünlər” adlanan bəndlər yer almayacaq.

Qeyd edək ki, Milli Məclisin İnsan Hüquqları komitəsinin sədri Zahid Oruc 2020-ci ildə keçirilən parlament seçkilərində 94 saylı Bərdə Kənd Seçki Dairəsindən deputat seçilib.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:52 25.11.2024

Sabah yağış yağacaq