Daha bir bloqçuya iş verildi

img

04-07-2014 [21:22]


İyulun 4-də Bakı Ağır Cinayətlər Məhkəməsində bloqçu Ömər Məmmədovun işi üzrə məhkəmə prosesi yekunlaşıb. 

Bu haqda məlumatı  musavat.com saytına VHP funksioneri Samir Əsədli verib. Onun sözlərinə görə, məhkəmənin hökmü ilə Ömər Məmmədov 5 il müddətinə azadlıqdan məhrum edilib.

Xatırladaq ki, iyulun 18-də dövlət ittihamçısı Ö.Məmmədovun 6 il azadlıqdan məhrum edilməsini istəmişdi. Bloqçunu narkotik maddə saxlamaqda ittiham ediblər. Müdafiə tərəfi isə bu ittihamları əsassız, həbsi isə siyasi motivli sayır.

Ö.Məmmədov Şimali Kipr Türk Respublikasında yerləşən Beynəlxalq Kipr Universitetinin tələbəsidir. Vətəndaş Həmrəyliyi Partiyasının üzvüdür. 2013-cü ildə bir qrup gənclə "Axın” hərəkatını təsis edib.
Hazırda Ö.Məmmədov Bakının Şüvəlan qəsəbəsindəki 3 saylı istintaq təcridxanasında saxlanır.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA