Şahmar Mövsümov beynəlxalq konfransda - Səfirlik məlumat yaydı

img

04-07-2014 [20:44]


Meksikanın paytaxtı Mexiko şəhərində Mineral Ehtiyatların Hasilatı ilə Məşğul olan Sənaye Sahələrində Şəffaflıq Təşəbbüsünün (MHŞT) Beynəlxalq İdarə Heyətinin 27-ci iclası keçirilib.

Sözügedən ölkədəki səfirliyimizdən Mia.az-a daxil olan məlumata görə, konfransda ölkəmiz mineral ehtiyatların hasilatı ilə məşğul olan sənaye sahələrində Şəffaflıq Təşəbbüsü üzrə hökumət komissiyasının sədri, təşəbbüsün idarə heyətinin üzvü,  Dövlət Neft Fondunun icraçı direktoru Şahmar Mövsümov təmsil edib.

 Mexikoya səfəri zamanı Ş. Mövsümov Meksika Senatının üzvləri ilə görüş keçirib. İşçi nahar zamanı keçirilmiş görüşdə Azərbaycan-Meksika münasibətlərinin inkişaf perspektivləri və xüsusilə enerji sahəsində əməkdaşlıq imkanları ətrafında geniş fikir mübadiləsi aparılıb.

 Ölkə iqtisadiyyatının enerji sektorunda islahatların nəzərdə tutulduğunu diqqətə çatdıran meksikalı senatorlar, bu sahədə Azərbaycan və xüsusilə AR Dövlət Neft Şirkəti və Dövlət Neft  Fondunun təcrübəsinin öyrənilməsinə böyük maraq göstəriblər. 

 Görüşdə Azərbaycanda neft-qaz sənayesinin inkişafı və beynəlxalq əməkdaşlıq təcrübəsi, həmçinin Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə yaradılmış Dövlət Neft Fondunun ölkəmizdə mineral ehtiyatların hasilatı ilə məşğul olan sənaye sahələrində şəffaflığın tətbiq edilməsi sahəsində nailiyyətləri bərədə senatorlara ətraflı məlumat verilib. 


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA