Gömrük Komitəsi yanında İctimai Şura sədri mətbuat katibinə qarşı elə ittihamlar irəli sürdü ki... - "O, bizi Komitə sədrinə yönləndirir”
09-07-2024 [12:25]
“Dövlət Gömrük Komitəsinin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsinin rəisi Natiq Axundov gömrük orqanları ilə ictimaiyyət arasında uçurum yaradaraq, özünün yarıtmaz fəaliyyəti ilə bağlı olan narazılıqları Komitə sədri cənab Şahin Bağırova qarşı yönləndirir”.
Mia.az xəbər verir ki, bu barədə sensasion fikirləri Demokrat.az-a açıqlamasında Dövlət Gömrük Komitəsi yanında İctimai Şuranın sədri Ramil Əliyev bildirib.
Dövlət Gömrük Komitəsinin sədri Şahin Bağırova yazılı müraciət edən Ramil Əliyev deyib ki, Natiq Axundov dəfələrlə Dövlət Gömrük Komitəsi yanında İctimai Şuranın fəaliyyətinə süni maneələr yaradıb.
Ramil Əliyevin müraciətini təqdim edirik:
“İctimai Şura olaraq ilk fəaliyyətimizi 44 günlük Vətən savaşının yeganə gömrükçü şəhidi olan Ülvi Hacıyevin məzarını və ailəsini ziyarət etməklə başlamağa qərar verdik. Həmin ziyarət və görüşlə bağlı fikirlərimizi media vasitəsilə də cəmiyyətə çatdırdıq. Ancaq Natiq Axundov nədənsə son vaxtlar İctimai Şuranın fəallığından ciddi narahat olmağa başlayıb.
O, bizə dəfələrlə açıq şəkildə bildirir ki, bu cür görüşlərlə siz özünüzü reklam edirsiniz. Ona görə də Dövlət Gömrük Komitəsi İctimai Şuranın bundan sonra keçirəcəyi görüşləri özünün sosial şəbəkə hesablarında yayımlamayacaq.
Hətta Natiq Axundov çəkinmədən mənə deyir ki, İctimai Şura mayın 10-da ulu öndər Heydər Əliyevin məzarını ziyarət etməklə özünü reklam edib. Natiq Axundov bizim bu cür ziyarətlərimizi də qəbul etmədiyini bildirir. Natiq Axundov öz davranışları ilə İctimai Şura üzvlərini idarə etməyə və özünün tərtib etdiyi iş planı üzrə işləməyə təhrik edir. Fürsətdən istifadə edib, media vasitəsilə cənab Şahin Bağırova müraciət edirəm:
Mən Ramil Əliyev 44 günlük Vətən savaşından bəri şəhid və qazilərimizdən bəhs edən 150-dək sənədli film çəkərək, “Öndər.TV” internet televiziyasında yayımlamışam. Bu filmlərin böyük əksəriyyətini şəxsi vəsaitim hesabına, 30-nu isə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi tərəfindən rəhbəri olduğum “İnkişafa və İslahatlara Dəstək” ictimai birliyinə ayrılan maliyyə dəstəyi hesabına “Şəhid və qazilərin həyat yolunu işıqlandırararq, gənc nəslin maarifləndirilməsi” layihəsi çərçivəsində reallaşdırmışam.
Müasir Azərbaycanın qurucusu və banisi olan ulu öndər Heydər Əliyevə və onun layiqli davamçısı, “Qarabağın fatehi” Müzəffər Ali Baş Komandan, cənab İlham Əliyevə sonsuz sevgimizi, şəhid və qazilərimizə olan diqqət və ehtiramımızı Natiq Axundov kimilər dayandıra bilməz. Çünki bu sevgi bizim əbədi ruhumuzdadır.
Hörmətli Şahin müəllim, sizin Dövlət Gömrük Komitəsi yanında İctimai Şuranın fəaliyyəti üçün göstərdiyiniz səyləri və Şura üzvlərinin sərbəst çalışması üçün ofislə təmin etdiyiniz şəraitindən məmnunuq. Ancaq bizim bu fəaliyyətimizin mediada da işıqlandırılmasına Dövlət Gömrük Komitəsinin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsinin marağı və dəstəyi olmalıdır. İndiyədək şəxsən sizdən bir çox dəstəyi hiss etsək də, ancaq çox təəssüf ki, Komitənin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsinin rəisi Natiq Axundov İctimai Şuranın fəaliyyətinə ciddi şəkildə əngəl törədir.
Ümid edirik ki, sizin təcili müdaxilənizdən sonra nəhayət ki, Dövlət Gömrük Komitəsi yanında İctimai Şura sərbəst fəaliyyətinə davam edə biləcək”.
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi
“Azercell Telekom” MMC “Tələbə Təqaüdü Proqramı”nın qaliblərini təbrik edib - Bu il 15 tələbə “Azercell”dən təqaüd qazanıb
Prezident İlham Əliyev Bidzina İvanaşvili ilə bir arada - FOTOLAR
Mehriban Əliyeva Gürcüstanın Birinci xanımı ilə lançda - FOTOLAR