Hansı deputat seçkiyə qatılacaq? - "Gedib Qarabağ camaatından soruşacam ki, məni yenidən deputat görmək istəyirsinizmi?"
02-07-2024 [10:34]
Prezident İlham Əliyev VI çağırış Azərbaycan Respublikası Milli Məclisinin buraxılması və növbədənkənar parlament seçkilərinin təyin edilməsinə dair Sərəncam imzalayıb. Sərəncama əsasən, Milli Məclisə növbədənkənar seçkilər 2024-cü il sentyabrın 1-nə təyin edilib.
Mia.az-ın məlumatna görə, Mərkəzi Seçki Komissiyası (MSK) bəyan edib ki, namizədin qeydə alınması üçün zəruri olan seçki sənədlərinin müvafiq dairə seçki komissiyalarına təqdim edilməsi səsvermə gününə ən çox 50, ən azı isə 30 günə qalmışa qədər 18:00-dək davam edəcək. Yəni, namizədliyi irəli sürüləcək şəxlərin sənədlərinin təqdim olunması proses iyulun 13-dən başlayacaq və avqustun 2-si 18:00-da yekunlaşacaq.
Növbədənkənar parlament seçkilərində seçkiqabağı təşviqat səsvermə gününə 23 gün qalmış başlamalı və səsvermənin başlanmasına 24 saat qalmış dayandırmalıdırlar. Yəni, seçkiqabağı təşviqatın aparılmasına 9 avqustda başlanacaq, 31 avqust saat 8:00-da dayandırılacaq.
Şübhəsiz ki, VI çağırış Milli Məclisin üzvləri olan deputatların böyük əksəriyyəti yenidən seçilmək, millət vəkili mandatını daha 5 il daşımaq arzusundadırlar. Ola bilsin bunu istəməyənlər, "artıq təqaüdə çıxmaq vaxtıdır",- deyə düşünənlər də var. Hakim Yeni Azərbaycan Partiyasının üzvü olan deputatlar hazırda yuxarıdan veriləcək qərarı gözləyirlər. Bəs bitərəf deputatalr necə?
Modern.az saytı VI çağırış Milli Məclisin bəzi bitərəf deputatlarını sorğulayaraq, yenidən namizədliklərini irəli sürüb-sürməyəcəklərini öyrəməyə çalşıb.
Bitərəf deputat Vahid Əhmədov bildirib ki, seçkilərdə iştriak edib-etməyəcəyi ilə bağlı qərarı bir-iki günə verəcək: "Növbədənkənar parlament seçkilərində iştirak edib-etməməklə bağlı qərarı bu gün-sabah verəcəm. Mən həmişə 52 saylı Quba seçki dairəsindən namizədliyimi irəli sürmüşəm. Əgər bu dəfə də seçkilərdə iştirak etsəm, yenə də 52 saylı Quba seçki dairəsindən namizədliyimi irəli sürəcəm. Yenidən namizəd olmağım üçün əhalidən mənə çoxlu müraciət gəlməkdədir".
Deputat Aqil Abbas namizədliklə bağlı məsələni Qarabağdan olan seçicilərlə müzakirə edəcəyini deyib: "Mən Qarabağ bölgəsindən deputat seçilmişəm. Gedib Qarabağ camaatı ilə, yəni seçicilərlə görüşüb soruşacam ki, “məni yenidən deputat görmək istəyirsinizmi?”. Onlar razılıq versələr, gəlib deputatlığa namizədliyimi irəli sürəcəm".
Deputat Rasim Musabəyov seçkilərdə yenidən iştirakla bağlı hələlik qərar vermədiyini qeyd edib.
Bitərəf Etibar Əliyev isə vurğulayıb ki, budəfəki seçkilərdə də mütləq iştirak edəcək: "Əlbəttə ki, sentyabrın 1-də keçiriləcək növbədənkənar parlament seçkilərində namizədliyimi irəli sürəcəm".
Dəqiq qərar verməyən bitərəf deputatlardan biri də Rüfət Quliyevdir: "Parlament seçkilərində iştirakla bağlı son fikrim formalaşmayıb. Təxminən 10 günə bu istiqamətdə qəti qərarımı verəcəm".
Digər bitərəf parlamentari Musa Qasımlı da sorğumuza "seçkilərdə iştirak edəcəm", - deyə cavab verib.
MİA.AZ
Tramp videomüraciət yaydı: "Bayden prezidentlik yarışından geri çəkiləcək, geriyə..."
Naxçıvan Ali Məclisində yoxlama aparılıb
"Toplum TV" işi: iki nəfərin həbs müddəti uzadıldı
Magistraturaya 13 mindən çox bakalavr qəbul olunub
Anar Ələkbərov Müqəddəs Taxt-Tacın rəsmiləri ilə görüşüb - Nələr müzakirə olunub? (FOTOLAR)
Bu il 1066 tələbə SABAH qruplarının məzunu olub
İspaniyalı məşhur aktyor türk serialıına dəvət aldı - "Hollivud ulduzu ilə bir yerdə oynamaq həyəcanvericidir"
Türkiyədə sərnişin avtobusu aşıb: 14 yaralı var
XİN sözçüsü: "Bəyanatdakı tənqidləri rədd edirik"
Merih Dəmiraldən UEFA-ya mesaj: "Yüksəl Türk!"
Mərkəzi Bankda daha bir təyinat olub
Azərbaycan neftinin qiyməti bir dollara yaxın ucuzlaşdı
46 milyon ingilis bu gün seçkiyə gedir - Kim qalib gələcək?
İsrail ordusu Qəzzanı yenə bombalayıb - Ölənlər var
Yeni Zelandiyada güclü zəlzələ olub
Nazim Muradov saxlanılıb
Bakının 4 rayonunda bu gün qaz olmayacaq
Rəsmi Moskva Kiyevə "əl uzatdı": "Ukrayna vasitəsilə qaz nəqlini davam etdirməyə hazırıq"
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Astanada nümayəndə heyətlərinin başçılarının şərəfinə qeyri-rəsmi şam yeməyi verilib
Partiya lideri: "Hamımız Merihik, hamımız "Bozqurduq"
Rəsmi Bakı: "Azərbaycan “Vahid Çin” siyasətini həmişə dəstəkləyib"
İlham Əliyev Çin lideri ilə bir araya gəldi, Tayvanla bağlı mühüm mesaj verildi - Bəyannamə (FOTOLAR)
İlham Əliyev Qazaxıstanda Tokayevlə görüşüb - FOTOLAR (YENİLƏNİB)
"Fənərbağça"nın futbolçusu Avropa klublarının radarına düşüb
DTX-nin Akademiyasında növbəti məzun buraxılışı olub - FOTOLAR
İlham Əliyevlə Putin görüşüb - Astanada nələr müzakirə olunub? (FOTOLAR) - Yenilənib
Daha bir bələdiyyə sədrinə cinayət işi açılıb
Silahlı qruplar kəndə basqın edib - 20 nəfər ölüb
"Toplum TV" işi: Ələsgər Məmmədli, Əli Zeynalov, İlkin Əmrahov və Ramil Babayevin həbs müddəti uzadıldı
Səbaildə narkotacirlər tutulub - FOTO
"Lalə Şövkət seçkidə iştirak etməyəcək"
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Elm və Təhsil Nazirliyinin yenə qalib elan etdiyi “Azedunet” kimindir? - EYNİ NAZİRLİK, EYNİ ŞİRKƏT...
Zakir Həsənov Belarusda parada iştirak edib
"Qarabağ" beynəlxalq turnirə qatılacaq
Qadın bağça müdiri rəhbəri həbs edilib - Dələduzluq ittihamı ilə