"Qarabağ" beynəlxalq turnirə qatılacaq

img

03-07-2024 [14:29]


"Qarabağ" klubunun 16 yaşadək (U-16) futbolçulardan ibarət komandası beynəlxalq turnirdə iştirak edəcək.

Ağdam təmsilçisinin mətbuat xidmətindən Mia.az-a verilən məlumata görə, U-16 Estoniyada təşkil olunacaq yeniyetmə futbolçular arasında “Tallinn Cup”da mübarizə aparacaq.

Rəşad Sadiqovun baş məşqçisi olduğu komanda səfərə 18 futbolçu ilə yollanıb.

Yeddi iştirakçının mübarizə aparacağı turnirin oyunları iyulun 4-7-si aralığında dairəvi sistemlə keçiriləcək. İlk matçına ayın 4-də çıxacaq komanda Latviyanın “Auda” klubu ilə üz-üzə gələcək. Bir gün sonra rəqiblər İsveçin “Hesselbi” və Estoniyanın “NF Academy” komandalar olacaq. İyulun 6-da digər İsveç klubu “Jarlaberq” və Estoniya “Olimp”isi ilə üz-üzə gələcək “Qarabağ” turnirin son günündə yerli “Trans Narva” ilə görüşəcək.

Qeyd edək ki, bu, "Qarabağ" akademiyasının komandalarının mövsüm ərzində 9-cu səfəridir.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA