Türkiyə İraqın şimalında PKK-nın 37 hədəfinə zərbə endirib - Açıqlama 

img

04-07-2024 [00:08]


Türkiyə Ordusu İraqın çimalında kpk salan PKK terror qruplaşmasının hədəflərinə zərbələr endirib.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu barədə Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumada qeyd edilib ki, İraqın şimalındakı Metina, Qara, Hakurk, Qəndil və Asos bölgələrində həyata keçirilən hava əməliyyatında çox sayda terrorçu zərərsizləşdirilib: "Ümumilikdə terrorçuların 37 hədəfi - mağara, bunker, sığınacaq, anbar və sairlər məhv edilib".

Nazirlik əlavə edib ki, terrora qarşı qətiyyətli mübarizə davam edəcək: “...Türkiyə Silahlı Qüvvələri keçmişdə olduğu kimi ölkəmizin və millətimizin təhlükəsizliyi üçün son terrorçu zərərsizləşdirilənə qədər mübarizəni qətiyyət və əzmlə davam etdirəcək".

Zülfiyyə

MİA.AZ

img

Digər xəbərlər
SON XƏBƏRLƏR
13:05 05.07.2024

Sabah isti hava olacaq