Bakının 4 rayonunda bu gün qaz olmayacaq

img

04-07-2024 [09:01]


Bu gün Bakının 4 rayonunun bir hissəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

"“Azəriqaz” İstehsalat Birliyindən Mia.az-a bildirilib ki, iyulun 4-də saat 10:00-dan etibarən paytaxtın Qaradağ və Səbail rayonları ərazisindəki qaz xətlərinin kipliyə sınaq olunması, Nəsimi rayonunda yeni çəkilmiş qaz xəttinin mövcud şəbəkəyə qoşulması, həmçinin saat 09:30-dan Xətai rayonunda qaz xətti üzərində quraşdırılmış istismara yararsız siyirtmələrin yenisi ilə əvəz olunması məqsədilə qaz təchizatının dayandırılması planlaşdırılır.

Qaz təchizatı dayandırılan müddətdə Qaradağ, Səbail, Nəsimi və Xətai rayonlarının bir hissəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA