UEFA Jude Bellinqhemi "qara siyahı"ya saldı - Araşdırma başlayıb

img

02-07-2024 [00:26]


İngiltərə yığmasıın Slovakiyaya 2-1 qalib gəldiyi matçın 90+5-ci dəqiqəsində bərabərlik qolunu vuran Jude Bellinqhemin başı dərdə girib.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, UEFA qoldan sonra rəqib oyunçulara qarşı cinsiyyət orqanını göstərən futbolçu haqda araşdırmaya başlayıb.

UEFA-dan verilən açıqlamaya görə, Bellinqhem etik davranış qaydalarını pozub: "Bu səbəbdən  barəsində iş açılıb".

Xatırladaq ki, həmin oyundan sonra bu həərkəti barədə açıqlama yayan futbolçu bu hərəkətinin rəqibə qarşı olmadığını iddia edib: "Matça gələn bəzi yaxın dostlarıma qarşı etdiyim zarafat idi. Slovakiya komandasına əla oyuna görə hörmət edirəm...".

Fərid Aslan

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA