Xocalıda xeyli sayda döyüş sursatı tapılıb - VİDEO

img

02-07-2024 [10:42]


Qarabağ bölgəsində ərazinin mühəndis kəşfiyyatının aparılması zamanı Ermənistan silahlı birləşmələri və qeyri-qanuni erməni silahlı dəstələrinə məxsus xeyli sayda döyüş sursatı ilə dolu yeşiklər və artilleriya mərmiləri aşkar edilib.

Mia.az Müdafiə Nazirliyinə istinadla bildirir ki, Azərbaycan Ordusunun mühəndis-istehkam bölmələrinin fəaliyyəti nəticəsində Xocalı rayonu ərazisində aşkar edilən sursat və mərmilər müsadirə edilib: "Azad edilən ərazilərdə minaların və partlamamış döyüş sursatlarının aşkar olunaraq zərərsizləşdirilməsi, eləcə də mühəndis təminatı üzrə digər zəruri tədbirlər davam etdirilir".


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA