Ukrayna Qoşunları Belarusla sərhədə toplanıb - Rəsmi Moskva "Bu, bizi də narahat edir" deyir

img

02-07-2024 [00:15]


"Biz Ukrayna böhranının həlli ilə bağlı istənilən dialoqa açığıq".

Mia.az Rusiya mətbuatına istinadla xəbər verir ki, bu sözləri Kremlin sözçüsü Dmitri Peskov Moskvada jurnalistlərlə ənənəvi görüşündə deyib.

O, “Rusiya Ukrayna ilə vasitəçilər vasitəsilə danışıqlara hazırdırmı? sualını belə cavablandırıb: "Rusiya prezidenti Vladimir Putin qarşıya qoyulan məqsədlərə çatmaq üçün hər cür dialoqa açıq olduğunu dəfələrlə bildirib. Putin buna açıqdır və bunu dəfələrlə dilə gətirib. Bəli, biz istənilən formada Ukayna böhranının həlli ilə bağlı dialoqa hazırıq".

Mətbuat katibi Peskov Ukrayna əsgərlərinin Belarus sərhədində cəmləşməsi ilə bağlı suala belə cavab verib: “Əlbəttə, bu vəziyyət təkcə Minski deyil, həm də Moskvanı narahat edir”. 

Lamiyə Əhmədli

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR