Natiq Cəfərli parlament seçkilərinə qatılacaq: "Sağ olsunlar, böyük bir iş gördülər"

img

24-06-2024 [14:26]


REAL Partiyasının icra katibi Natiq Cəfərli parlament seçkilərində namizədliyini irəli sürəcəyi dairəni açıqlayıb.

Mia.az
-ın məlumatına görə, o, Qaynarinfo-ya açıqlamasında bildirib ki, seçkiyə 33 saylı Xətai Birinci seçki dairəsindən qatılacaq:

"REAL-ın Gənclər Komitəsi ilkin araşdırmalar aparıb və sorğular keçirib. Sağ olsunlar, böyük bir iş gördülər. Mənim 3 dəfə namizəd olduğum 12 saylı seçki dairəsinin əhatəsi tamamiylə dəyişdirilib. Bu səbəbdən həmin dairədən namizəd olmağın mənası qalmır”.

Qeyd edək ki, 2020-ci ildə keçirilən parlament seçkilərində 33 saylı Xətai Birinci seçki dairəsindən Hüseynbala Mirələmov 47.1 faiz səs toplayaraq lider namizəd idi. Buna baxmayaraq, 33 seçkilərin nəticələri ləğv edilmişdi. Sözü gedən dairə 4 ildir ki, boşdur.

Mia.az


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA