Küləkli hava şəraiti ilə bağlı xəbərdarlıq olunub

img

20-06-2024 [18:08]


İyunun 21-22-də ölkənin bəzi rayonlarında gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı, narıncı və qırmızı xəbərdarlıq edilib.

Mia.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətinin rəsmisi Gülnarə Abbasova bildirib

O qeyd eidb ki, sarı xəbərdarlığa uyğun olaraq Bakıda və Abşeron yarımadasında, Şamaxı, Siyəzən, Altıağac, Xızı, Şabran, Xaçmaz, Salyan, İmişli, Sabirabad, Ordubad, Culfa, Neftçala, Hacıqabul, Şirvan, Saatlı, Şəki, Balakən, Qax, Oğuz, Zaqatala, Tovuz, Samux, Ağstafa, Şəmkir, Qazax, Gədəbəy, Daşkəsən rayonlarında qısa müddətə küləyin sürəti 13.9-20.7 m/s olacaq.

“Narıncı xəbərdarlığa uyğun olaraq Tərtər, Bərdə, Ağdam, Ağdərə, Göyçay, Yevlax, Zərdab, Ağcabədi, Beyləqan, Goranboy, Naftalan, Göygöl, Gəncə, Mingəçevir, Qobustan rayonlarında isə küləyin sürəti 20.8-28.4 m/s təşkil edəcək. Lakin Ağdaş və Ucar rayonlarında küləyin sürətinin qısa müddətə güclənəcəyi və qırmızı xəbərdarlığa uyğun olaraq 30 m/s-yə çatacağı ehtimal olunur”.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:52 25.11.2024

Sabah yağış yağacaq