Putin: "Bizdən birinə hücum olsa, qarşılıqlı cavab veriləcək"

img

20-06-2024 [00:03]


"Əgər bizdən birinə hücum olsa, qarşılıqlı yardımlaşma olacaq".

Mia.az Rusioya mətbuatına istinadla xəbər verir ki, bu sözləri Rusiya prezidenti Vladimir Putin Pxenyanda Şimali Koreya lideri Kim Konq Unla imzaladıqları tərəfdaşlıq sazişini şərh edərkən deyib.

Putin yeni razılaşma ilə iki ölkə arasında hərbi əməkdaşlığın inkişafına dqiqəti çəkib. O bildirib ki, tərəflərdən birinə hücum olarsa, ölkələr razılaşma çərçivəsində bir-birinə kömək edəcək.

Şimali Koreya lideri Kim isə bu razılaşmanı “tarixi hadisə” kimi qiymətləndirib: "Artıq Şimali Koreya-Rusiya münasibətləri müttəfiqlik səviyyəsinə yüksəlib".

Xatırladaq ki, Rusiya lideri 24 ildən sonra Şimali Koreyaya səfər edib. Putin və Kim sonuncu dəfə 2023-cü ilin sentyabrında Rusiyanın Şərqi Sibir bölgəsində görüşüblər.

Lamiyə Əhmədli

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR