Paşinyan öz istefası ilə bağlı parlamentin iclasında iştirak etməyəcək

img

17-06-2024 [23:09]


Ermənistanın hakim partiyası parlamentin Baş nazir Nikol Paşinyanın istefasını müzakirəyə çıxaracağı növbədənkənar iclasda iştirak etməyəcək.

Mia.az xəbər verir ki, iclasın baş tutması üçün yetərincə səs toplanmayıb.

Bundan əvvəl parlamentin spikeri Alen Simonyan bildirib ki, 4 saat ərzində lazımi sayda səs toplanarsa, iclas davam etdiriləcək.

Qeyd edək ki, 107 deputatı olan parlamentdə Paşinyan fraksiyasının 71 mandatı var. Müxalifət ötən həftə parlamentdə hökumətin istefası və yeni parlamentin formalaşdırılması ilə bağlı təklif səsləndirib./Report


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA