BİR QUDA İSTEFA VERDİ, DİGƏRİNİN TƏYİNATI "DONDURULDU" - Agentlik sədrinin arzusu "gözündə qaldı"

img

14-06-2024 [15:25]


Xəbər verdiyimiz kimi, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılov iki ildən artıqdır ki, öz qudalarına çalışdığı qurumda vəzifə verib.

Məlumata görə, Z.Mikayılovun özünə təyin etdiyi müşaviri, qudası Şirinov Əsəd Əli oğlu vəzifəsindən istefa verib.

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin müşaviri vəzifəsindən Aparat rəhbəri vəzifəsinə təyin etdiyi digər bir qudası Fuad Quliyev də təyinatı müvəqqəti olaraq dayandırılıb.

Artıq ləğv edilən Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin saytından da sözügedən vəzifəli şəxslərin adları silinib.

Məsələ ilə bağlı Meliorasiya və Su Təsərrüfatı ASC-nin mətbuat xidmətinin rəhbəri Dilqəm Şərifovla əlaqə saxlasaq da, telefon zənglərimizə cavab verən olmayıb(Qaynarinfo)


Digər xəbərlər
SON XƏBƏRLƏR