02-07-2014 [16:01]
Meksikanın "Mundo
Internacional” jurnalının növbəti – yay buraxılışında "Azərbaycanın Milli
Günü” başlıqlı məqalə dərc olunmuşdur. Məqalədə, Azərbaycanın milli bayramı -
Respublika Günü münasibətilə Mexiko şəhərinin St.Regis otelində təşkil olunmuş
qəbulda Azərbaycanın Meksikadakı Səfiri İlqar Muxtarovun çıxışından bəhs
edilir.
Məqalədə Səfir İ.Muxtarova istinadən bildirilir ki, 1918-ci ildə Şərqdə ilk demokratik respublikanın əsasını qoymuş Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) yaranması böyük tarixi hadisə idi. Çünki əsrlər boyu müstəqillik və azadlıq arzusunda olan Azərbaycan xalqı artıq buna nail olmuşdur. Həmçinin Səfir qeyd etmişdir ki, bu dövrdə Azərbaycan qadınlara bərabər səsvermə hüququ vermiş ilk beş ölkədən biri idi. Şərqdə ilk operanın və Universitetin təməli məhz Azərbaycanda qoyulmuşdu. Lakin iki il sonra çətin mübarizə şəraitində qurulmuş Qafqaz ölkəsi öz müstəqilliyini itirdi və Azərbaycan Sovet Sosialist Respublikası adı altında SSRİ-nin tərkib hissəsi oldu.
Eyni zamanda qeyd olunur ki, Azərbaycan 1970-ci ildən etibarən ulu öndər Heydər Əliyevin rəhbərliyi altında yüksək inkişaf yoluna qədəm qoymuş və Azərbaycan öz müstəqilliyini bərpa etdikdən sonra da həmin proses davam etmişdir.
Azərbaycan öz dövlət müstəqilliyini elan etdiyi çətin bir dövrdə, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi zamanı Ermənistan silahlı qüvvələri tərəfindən başlanmış hərbi təcavüz nəticəsində Azərbaycanın torpaqlarının 20%-i işğal olunmuş, ərazi bütövlüyü pozulmuş və Ermənistan tərəfindən azərbaycanlılara qarşı etnik təmizləmə siyasəti aparılmışdır.
Həmçinin məqalədə, Azərbaycanın artıq bu gün dünyada etibarlı tərəfdaş və dost ölkə kimi tanındığı, habelə İslam Əməkdaşlıq Təşkilatının, Avropa Şurasının və Qoşulmama Hərəkatının fəal üzvü olduğundan və bugün bir dövlət kimi qlobal arenada daim irəli getdiyindən bəhs edilir.
Aparılan məqsədyönlü iqtisadi islahatlar nəticəsində ölkədə böyük investisiya mühiti yaranmış və son on il ərzində Azərbaycanda qeydə alınan yüksək inkişaf tempi ilə əlaqədar ÜDM-in həcmi 3 dəfə artmış, yoxsulluğun səviyyəsi 45%-dən 5%-ə enmişdir. Bugün Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətliliyinə görə dünyada ilk 50 ölkə arasında yer aldığı və regionun ÜDM-in 75%-inin Azərbaycanın payına düşdüyü qeyd olunmuşdur.
Məqalədə, Azərbaycan Hökuməti tərəfindən altı il bundan əvvəl Latın Amerikasında ilk olaraq Meksikada Səfirliyin açıldığı, habelə artıq Azərbaycanın Argentina, Braziliya, Kolumbiya, Uruqvay və Kubada səfirliklərinin fəaliyyətə başladığı diqqətə çatdırılır. Həmçinin bildirilir ki, Meksika Hökuməti cari ildə Azərbaycanda Səfirlik açmaq üçün qərar qəbul etmişdir və bu mühüm hadisə iki ölkə arasında ikitərəfli münasibətlərin inkişafına öz töhfəsini verəcəkdir.
Eyni zamanda qeyd olunmuşdur ki bu altı il ərzində Azərbaycan Hökuməti Meksika iqtisadiyyatının müxtəlif sahələrinə 50 milyondan artıq investisiya qoymuşdur. Habelə həmin dövrdə Azərbaycandan Meksikaya yüksək səviyyəli dövlət rəsmilərinin səfərləri həyata keçmişdir.
Sonda nəzərə çatdırılmışdır ki, Azərbaycanda bütün azadlıqlar, ifadə azadlığı, mətbuat azadlığı, toplaşma azadlığı tam şəkildə təmin edilir, bugün Azərbaycanda yüksək tolerantlıq şəraiti mövcuddur və bunlar müasir Azərbaycanın prioritet istiqamətlərinin bariz nümunəsidir.
Pezeşkian daha iki ölkə lideriylə danışdı, Trampa çağırış etdi: "Biz şərəfli razılaşma istəyirik"
Türkiyənin Tüpraş neft emalı zavodunda partlayış baş verib
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Avropa Liqası: "Fənərbağça" - FCSB komandalarnın 11-liyə bəlli oldu
Ceyhun Bayramov İran XİN başçısı ilə danışdı: "Hava məkanı və ya ərazimizdən İrana qarşı istifadəyə icazə verilməyəcək"
"Yuventus" türk klubunun daha bir hücumçusuna "göz qoydu"
Paşinyan: "Çox böyük potensialımız var, enerji sistemimizi Azərbaycan və Türkiyənin..." - "Əgər Rusiya istəməsə...."
TEHRANIN ABŞ-a MÜQAVİMƏTİ: "Əlimiz tətikdə gözləyirik" deyən İranın hərbi gücü ilə bağlı - ARAŞDIRMA
Avropa İttifaqı SEPAH-ı "Terror siyahısı"na aldı, Tehrana sərt mesaj verdi: "Öz xalqını öldürən rejim sonunu hazırlayır"
"Trobzonspor"un oyunçusu "Gənclərbirliyi"nə keçib
Kristjan Asllani İstanbula gəlir
WUF13:tərəfdaş tədbirlərinə qeydiyyat müddəti uzadılıb
583, 586 əyar və diş qızılı.. - Qiymət Azərbaycanda nə qədər qalxıb?
Nazirlikdə nöqsanlar aşkarlanıb
General rütbəsi verilən gömrükçülər kimlərdir? - FOTOLAR
Tərtərin prokuroru vəzifədən azad olunub
"Beşiktaş"ın prezidenti: "Vəzifəmin başındayam"
“Kapital Bank”ın haqsız faiz siyasəti - İqtisadçı yazır
Ədliyyə Nazirliyi bu QHT-nin ləğvini istəyib
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Xəzər rayonunda üç evdən oğurluq olub
Özü 20 min, müavinləri 15 min, köməkçiləri 10 min manat alan Agentlik sədri... - Mətbuat katibi maaşla bağlı sualdan yayındı
Şadlıq evlərindən baha olan restoranlar: bir nəfərin yeməyi neçədən başlayır? - SİYAHI
Xəzərin sahilində nəhəng beton bünövrələr üzə çıxıb
FİFA Türkiyə klubunu cəzalandırdı - Polşalı qapçıya gərə
ABŞ Səfirliyi “Qarabağ”ı təbrik edib
HƏBS TƏHLÜKƏSİNDƏ OLAN ŞƏXSƏ AHİK-in QAPSI NECƏ AÇILDI? - "Birdən-birə niyə belə bir oyuna əl atıldı?"
Almaniya əhalisi azalıb - 2020-ci ildən bəri ilk dəfə...
Əli Əsədov yeni qərar imzalayıb
İranın vitse-prezidenti xalqdan üzr istədi
Bəylər Eyyubovun qardaş oğlu həbsdən buraxılmadı - Məhkəmə prosesi
Masallıda 2 uşaqlı ananın üçəmi də dünyaya gəlib
Regional İdarə rəisi vəzifədən azad olunub
Azərbaycan Milli Hidrogen Strategiyasının tətbiqinə dair İşçi Qrupun iclası keçirilib
Torpaq vergisi bəyannaməsi ilə bağlı müddəti dəyişib
“Məndən nə istəyirsiniz?” – Rəqsanə canlı yayımda ağladı (VİDEO)