“Azərsu” ilə “Səhliyalı” arasında məhkəmə çəkişməsi başlayıb

img

13-06-2024 [18:12]


“Azərsu” Açıq Səhmdar Cəmiyyəti ilə kolmasa və sosis istehsalı ilə məşğul olan “Səhliyalı” kiçik müəssisəsinin məhkəməsi davam edir.

Mia.az Tribunainfo.az-a istinadla xəbər verir ki, aprel ayından başlayan çəkişmədə nəticə əldə olunmayıb. Prosesdə iddiaçı tərəf “Səhliyalı” kiçik müəssisəsidir. Müəssisənin “Azərsu” ASC-ni məhkəməyə vermə səbəbi məlum deyil. İşin mahiyyəti də açıqlanmır.

Tərəflər arasında növbəti proses 9 iyul tarixinə təyin edilib. Bakı Kommersiya Məhkəməsində olan işə hakim Kənnan Hüseynov sədrlik edir.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA