Partiya sədri: "Dairələrin əksəriyyətindən namizədlərimiz olacaq"

img

13-06-2024 [11:13]


Ana Vətən Partiyasının sədri, deputat Fəzail Ağamalı nəzərdə tutulan parlament seçkilərində yenidən namizədliyini irəli sürəcək.

Mia.az xəbər verir ki, bu barədə Qaynarinfo-ya sədrin özü məlumat verib.

O, namizədliyini hazırda deputat olduğu dairədən irəli sürəcvəyini bildirib: "Hələ ki, müzakirələr gedir. Güman edirəm ki, yenə həmin dairədən namizədliyimi irəli sürəcəyəm".

Fəzail Ağamalı partiya üzvlərinin də seçkidə iştirakının vacibliyini vurğulayıb: "Namizədlərimiz müəyyənləşib. Dairələrin əksəriyyətindən namizədlərimiz olacaq".

Qeyd edək ki, Fəzail Ağamalı 1995-ci ildən deputatdır. O, 1995-ci ildə 39 saylı Sumqayıt ikinci, 2000-ci ildə 30 saylı Yevlax, 2005, 2010, 2015 və2020-ci il seçkilərində isə 60 saylı Salyan-Neftçala seçki dairəsindən mandat qazanıb.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA