MƏNİM FƏXRİ XİYABANIM (”Mənim düşüncələrim” silsiləsindən)
YAZARLAR
11.06.2024, 10:01
Qalib ARİF
***
Düşünürəm ki, Fəxri Xiyabana getmək, bizim dahilərə baş çəkmək, “saqqala salam” vermək lazımdır... Mən şəxsən tez-tez gedirəm, ziyarət edirəm...
Birinci təbii ki, Heydər Əliyev – dahi siyasətçi, böyük dövlət xadimi... Bizim Azərbaycan fenomeni - fitri istedad, qeyri-adi xarizm və tükənməz iş qabiliyyəti... Sovet İttifaqı təhlükəsizlik orqanlarının ilk azərbaycanlı generalı... Sov. İKP Siyasi Bürosunun üzvü, Sovet İttifaqının rəhbərlərindən biri... Azərbaycanı Kremlə gətirmiş dahi... Nəhayət, müstəqil Azərbaycan Respublikasının Prezidenti...
Sonra Üzeyir Hacıbəyov – daha bir dünya səviyyəli azərbaycanlı dahi... Şəhriyar deyirdi ki, “O tayda sənət mədən kimi qazılır, “Məşdi İbad”, “Arşınmalçı” yazılır”... Mən Üzeyir bəyin beynini insan təfəkkürünün bütün istiqamətlərində səyahətə hazır olan bir gəmiyə bənzədərdim. Böyük sənətkar, böyük bəstəkar, böyük yazıçı-dramaturq, böyük jurnalist, böyük... Daha nə qaldı ki,.. Böyük insan...
Burda böyük insanlar çoxdur... Hara gedəcəyimi, hansını ziyarət edəcəyimi bilmirəm... Narın giləvar əsir, yarpaqları titrədir... Yarpaqlar da bizim himnimizi deyir: “El bilir ki, sən mənimsən, Yurdum, yuvam, məskənimsən, Anam, doğma vətənimsən!”... Səməd Vurğunun qəbri üstünə gəlirəm. Amma “Ayrılarmı könül candan, Azərbaycan, Azərbaycan” misralarını tapa bilmirəm... Mən burda axtardığımı tapa bilmirəm... Süleyman Rüstəmin qəbrində də “Baxdıqca hüsnünə doymayır gözüm, Təbrizim, Təbrizim, gözəl Təbrizim!” gözə dəymir. Mən hələ “Cənnət görmək istəyənləri”, Azərbaycana gələnləri demirəm...
“Mənəm xalqımın qəzəl şairi, Məhəbbət şairi, gözəl şairi”... Bəli bu, bizim Əliağa Vahiddir, qəbri burdadır, bəs şair ruhu görən hardadır? Bəlkə," Kəklik kimi batb qalıb, qardadır?!" Bu da Xəlil Rza Ulutürkün qəbri. Amma “Azadlığı istəmirəm zərrə-zərrə, qram-qram, Qolumdakı zəncirləri istəyirəm qıram, qıram” yoxdur... Niyə yoxdur, axı, bu misralar Xəlil Rza varlığı, Xəlil Rza ruhudur. Bəlkə var, mən tapa bilmirəm?!
Şəhriyar cənubdan şimala, şair dostlara yazdığı məktubları bu misralarla qurtarardı: “Səmədin sözündən, Bəxtiyarın gözündən öpün”... Artıq Bəxtiyarın da gözündən öpmək olmur, mən ulu sözündən öpməyə gəlmişəm. Böyük şairin qəbrinin önündəyəm, amma “Özünü aşmaq, ucalmaq üçün sən, “Nəfs” adlı dağı aşa bilməlisən” sözlərini tapa bilmirəm, öpə bilmirəm. Məmməd Araz zirvəsini isə, ümumiyyətlə tapa bilmirəm. Doğrudur, şairin qəbrini tapmışam, yanındayam. Amma “Vətən mənə oğul desə nə dərdim, Mamır olub qayasında bitərdim” kəlamını tapa bilmirəm. Bu kəlamsız Məmməd Araz varmı, ruhu rahat olarmı?!
Ziyarətim uzun çəkir, ad çəkib oxucunu yormaq istəmirəm. Bizim sənət zirvələrinə baş çəkirəm... Düşünürəm ki, Nikulin, Vitsın və Marqunov rus komediyasının zirvəsi olduğu kimi, Bəşir Səfəroğlu, Nəsibə Zeynalova və Lütvəli Abdullayev də bizim komediyanın zirvəsidir. Sizi bilmirəm, mən sənət zirvələrinə ziyarəti müqəddəs hesab edirəm. Amma Lütvəli Abdullayevin qəbrini tapa, ziyarətimi tamamlaya bilmirəm. Görəsən, kim Azərbaycan sənətinə qıyıb, bu üç zirvəni bir-birindən ayırıb?! Bilmirəm...
Bu da son... Vaqif Səmədoğlunun “Daş evi”... “Daş evlər arasında neyləyər duman mənə? Gülüm, diriyəm yenə, heç kəsə demə”… Demərəm, şair... Rəhmətliklə şəxsi tanışlığımız da var idi. Milli Məclisdə bir-iki dəfə “söz alveri” etmişdik, ağlına, hazırcavablığına heyran qalmışdım. İndi də deyir ki, mənə mərmər-filan lazım deyil, qəbrimin üstünə bir cüt ayaqqabı qoyun, ehtiyacı olan geyib getsin. Ətrafa, sonra ayaqqabılarıma baxıram. Şairin ayaqqabıları mənimkindən təzədir, “inspektor” modellidir. Amma geyib getmək olmur, qara daşdandır, yerə yapışıbdır. Bir də ətrafa baxıram, ayaqqabılarıma baxıram, sonra yavaş-yavaş uzaqlaşıram...
...Mənmi çox utandım, şairmi xəcalət çəkdi?! Bilmirəm...
MİA.AZ
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
"Jugendamt" - Türk ailələrinin kabusu və ya 6 nəfərin ölümünün arxasındakı gizlinlər...
Bugün, 00:04 SİYASƏT
-
DÇ-2026: Kanada məğlub edib
04.07.2026, 23:57 İDMAN
-
Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib
04.07.2026, 18:00 GÜNDƏM
-
Manaf Ağayev: ”Məni saxlamayıblar, zənglə dəvət ediblər, gəlmişəm" - "Deyirlər ki, guya balaca qardaşımdı"
04.07.2026, 17:13 ŞOU-BİZNES
-
Ağdamda ata və iki övladı su anbarında batdı
04.07.2026, 17:12 CƏMİYYƏT
-
Zaur Kamal qəza etdi - “Bu da belə getdi”
04.07.2026, 14:50 KRİMİNAL
-
İmişlidə zəlzələ olub
04.07.2026, 13:44 GÜNDƏM
-
Yasamalda evdə partlayış: bir nəfər ölüb, dörd nəfər xəsarət alıb (YENİLƏNİB)
04.07.2026, 13:28 CƏMİYYƏT
-
TƏBİB-də daha bir dəyişiklik - Departament müdiri təyinatı oldu
04.07.2026, 12:34 GÜNDƏM
-
Prezident İlham Əliyev Donald Trampı təbrik etdi - MƏTN
04.07.2026, 10:09 GÜNDƏM
-
Azərbaycan nefti bahalaşdı
04.07.2026, 09:02 İQTİSADİYYAT
-
DÇ-2026: 1/8 final mərhələsinin bütün qarşılaşmaları bəlli oldu
04.07.2026, 08:54 İDMAN
-
Suriya Prezidenti aktrisanı deputat etdi – FOTOLAR
03.07.2026, 19:30 DÜNYA
-
Arayik Harutyunyan, Arkadi Qukasyan, Bako Sahakyan Bkaıda hakim qarşısında - Məhkəmə iclası + FOTOLAR
03.07.2026, 19:17 GÜNDƏM
-
Əmək və sosial müdafiə sahəsində kommunikasiya üzrə Türkiyə ilə təcrübə mübadiləsi aparılıb - FOTOLAR
03.07.2026, 18:57 PRESS
-
Kənd təsərrüfatı nazirinin müşavirinə yeni vəzifə verildi
03.07.2026, 18:48 İQTİSADİYYAT
-
Araz Ağalarovun 27 yaşlı həyat yoldaşı danışdı: "Bu ideya şəxsi ehtiyacdan yarandı"
03.07.2026, 18:01 MƏDƏNİYYƏT
-
Almaniya yığmasının baş məşqçisi istefaya göndərildi
03.07.2026, 17:49 İDMAN
-
“iPhone 18 Pro”nın gizli məlumatları sızıdrılıb
03.07.2026, 17:26 İQTİSADİYYAT
-
Rayonlarda leysan olacaq - Xəbərdarlıq
03.07.2026, 17:17 GÜNDƏM
-
Coratda dənizdə iki nəfər batıb - Birinin meyiti çıxarılıb
03.07.2026, 17:07 CƏMİYYƏT
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 3 günlük məzənnəni açıqladı
03.07.2026, 17:00 İQTİSADİYYAT
-
İngilis həkim 36 yaşlı modeli doğrayıb
03.07.2026, 16:41 DÜNYA
-
Dəniz Göktaşın barəsində həbs qətimkan tədbiri seçildi
03.07.2026, 16:23 MƏDƏNİYYƏT
-
ABŞ lideri: “İran demək olar ki, hər şeyə razılaşıb”
03.07.2026, 16:09 DÜNYA
-
Türkiyədə bələdiyyə sədrinin köməkçisi tutulub - Şok ittihamlar
03.07.2026, 15:57 KRİMİNAL
-
Azərbaycan rəsmiləri İranın sabiq Ali rəhbərinin dəfn mərasimində - FOTOLAR
03.07.2026, 15:56 SİYASƏT
-
CHP-li deputatın başı qaldadır - Qardaşı oğlu saxlanılıb
03.07.2026, 15:43 SİYASƏT
-
Türkiyədən Əli Xameneinin dəfn mərasiminə kimlər qatılıb? – FOTOLAR
03.07.2026, 15:28 DÜNYA
-
Magistraturaya xüsusi qabiliyyət imtahanları üçün qeydiyyat başlayır
03.07.2026, 15:18 GÜNDƏM
-
Dəniz Göktaşın polisdə verdiyi ifadə yayıldı: "İttihamları qəbul etmirəm"
03.07.2026, 14:49 MƏDƏNİYYƏT
-
Bakıda iki nəfər 19 kiloqramdan artıq narkotiklə tutulub
03.07.2026, 14:34 KRİMİNAL
-
Pakistanda avtobus qəzası: 40 nəfər hadisə yerində ölüb
03.07.2026, 14:27 DÜNYA
-
Magistraturaya qəbul imtahanının yekun nəticələri elan olunub
03.07.2026, 14:22 GÜNDƏM