Vəkil Elçin Sadıqovu hədələyən şəxsin həbs müddəti artırılıb

img

07-06-2024 [11:35]


Vəkil Elçin Sadıqova qarşı nalayiq ifadələr işlədərək onu hədələyən Arif Tağıyevin inzibati həbs müddəti artırılıb.

Bu barədə "Qafqazinfo”ya Sadıqovun vəkili Cavad Cavadov məlumat verib.

Vəkil deyib ki, Binəqədi Rayon Məhkəməsinin 5 sutka həbs qərarından narazı qalıblar.

Həbs edilən Arif Tağıyev də qərardan apellyasiya şikayəti verib.

Tağıyevin vəkili Orxan Cəfərbəyli birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini, qarşı tərəf isə ağırlaşdırılmasını tələb edib.

Bakı Apellyasiya Məhkəməsinin hakimi Anar İbrahimov Elçin Sadıqovun şikayətini əsaslı hesab edib. Qərara əsasən, inzibati tənbeh tətbiq edilmiş şəxsin cəzası 5 gündən 8 günə qaldırılıb. Qarşı tərəfin şikayəti isə rədd edilib.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA