İsrail Qəzzada məktəbi bombalayıb - 39 nəfər ölüb, xeyli yaralı var

img

06-06-2024 [10:00]


İsrail ordusu Qəzzada inanların sığındığı məktəbi bombalayıb.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə BMT-nin  Fələstinli Qaçqınlara Yardım İşlər üzrə Təşkilatının (UNRWA) Yaxın Şərqdəki ofisi məlumat yayıb.

Qeyd edilib ki, ilkin məlumata əsasən, 39 nəfər ölüb, onlarla insan yaralanıb: "Qəzza zolağının mərkəzi hissəsindəki Nusayrat qaçqın düşərgəsindəki məktəb tamamilə yararsız hala düşüb..."

Fələstin mənbələri də açıqlamalarında İsrail ordusunun Nusayrat Qaçqınlar Düşərgəsinin 2-ci bölgəsində onlarla köçkünün sığındığı məktəbi bombalayaraq dəhşətli qətliam törətdiyini iddia edib.

Tahir Şəlvəli

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA