“Dərhal nazirliklə danışdım” - Deputatdan 8 yaşlı uşağın məktəbdən qovulmasına reaksiya

img

10-10-2017 [21:22]


YAP İcra Katibliyinin Siyasi təhlil və proqnozlaşdırma şöbəsinin müdiri, millət vəkili Aydın Mirzəzadə bu gün Şirvan şəhərində 8 yaşlı 1-ci sinif şagirdinin məktəbdən uzaqlaşdırılması ilə bağlı dərc olunan xəbərə reaksiya verib.

Deputat redaksiyamızla əlaqə saxlayaraq, yazını oxuduqdan sonra Təhsil Nazirliyi ilə danışdığını bildirib. O, məsələnin tezliklə həll edilməsini xahiş edib: 

"Nazirliyə zəng etdim. Məsələ ilə maraqlandım. Bildirdim ki, məsələ araşdırılsın və tezliklə o uşağın təhsil alma hüququ bərpa olunsun. Nazirlikdən bildirdilər ki, bununla bağlı iş aparılır. Sabah rayon Təhsil Şöbəsində uşağın valideyni qəbul ediləcək. Anlaşılmazlıq aradan qalxacaq. Hər yerdə qızlarımızın, övladlarımızın təhsilə cəlb olunmasıyla bağlı təbliğat aparılır. İnanıram ki, bu iş də sabahdan gec olmayaraq həll olunacaq”.

Qeyd edək ki, hadisə Şirvan şəhər 4 nömrəli orta məktəbdə qeydə alınıb. Belə ki, ailəsində baş verən bədbəxt hadisələr nəticəsində məktəbə 6 yaşında deyil, 8 yaşında gedən Qarayeva Aytac Şahin qızı təhsil müəssisəsindən uzaqlaşdırılıb. Məktəbin direktoru Gülmirzə Həsənov bildirib ki, Təhsil Nazirliyinin 6 yaşını keçmiş uşaqların 1-ci sinfə qəbul edilməməsi barədə qərarı var.

Şirvan şəhər Təhsil Şöbəsinin rəhbəri Rövşən Allahverdiyev BakuPost.az-a açıqlamasında məsələnin araşdırılacağını bildirib.


Digər xəbərlər
SON XƏBƏRLƏR
23:47 19.01.2026

Astarada zəlzələ olub

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA