Fazil Mustafadan onu güllələyənlərin tələblərinə reaksiya: "Zərərçəkənin öz hüququdur ki, getsin ya getməsin"
05-06-2024 [10:26]
"Məhkəmədə belə bir tələbin qoyulması qanunsuzdur. Çünki, bu konstitusiyada və cinayət qanunvericiliyində də var. Zərərçəkənin öz hüququdur ki, getsin ya getməsin. Bu şəxslərin cinayəti ifşa olunub. Zərərçəkmiş o halda iştirak edə bilər ki, hadisəni törədənlərlə hansısa formada tanışlığı, münasibəti olsun, əməlləri barəsində əvvəldən bilgisi olsun və sair. Bu adamlar həbs olunandan sonra bəlli olub ki, sui-qəsdi onlar törədiblər".
Mia.az-ın məlumatına görə, nunu Gununsesi.info-ya özəl açıqlamasında Böyük Quruluş Partiyasının lideri, deputat Fazil Mustafa ona qarşı sui-qəsd cinayətinə görə mühakimə olunanların onun məhkəməyə gəlməsi tələbini şərh edərkən deyib.
Qeyd edək ki, prosesdə müdafiə tərəfi deputatın məhkəməyə gətirilməsinə dair dəfələrlə vəsatət versə də, hakim heyəti bunu rədd edib.
Hazırda isə müdafiə tərəfi işə baxan məhkəmə kollegiyasının dəyişdirilməsini istəyir.
Fazil Mustafa xatırladır ki, həmin şəxslər hüquq-mühafizə orqanlarının keçirdiyi əməliyyat-istintaq tədbirləri nəticəsində həbs edilib: "İstintaq zamanı məlum olub ki, cinayəti bu adamlar törədib. Mən də onların heç birini tanımıram. Mən gedib orada nə danışasıyam ki? Məsələn, deyəcəklər ki, filan fikriniz xoşumuza gəlmirdi. Mən də deyəcəyəm ki, mənim fikrim erməninin, farsın, ümumiyyətlə türk düşməni olan hər kəsin xoşuna gəlmir. Mənim nümayəndəm var və o, orada iştirak edir. Məhkəməyə də ayrıca məktub yazmışam ki, nümayəndəm məni təmsil edir. Hüquqi əsas yoxdur ki, mən orada mütləq iştirak etməliyəm. Şahidin hansısa formada iştirakını tələb etmək, onu gətirmək olar. Ona görə də bu məsələdə təkid etmək, uzatmaq populizmə xidmət edir. Bu adamlar da xarici xüsusi xidmət orqanlarının şəbəkəsində olan adamlardır. Onların tapşırığını yerinə yetiriblər və buna görə də vəsait alıblar. Başqa arqument yoxdur. Bunların sahibləri İran dövlətində yüksək vəzifə tutan ruhanilərdir. Onların əmrini yerinə yetirən hansısa bir tətikçi ilə nə danışasıyam ki? Təəssüf ki, media sahəsində olan bəzi insanların naşılığı səbəbindən bu cür cinayətkarların təbliğatçısı olurlar. Hesab edirəm ki, bu cür cinayətlərin cəmiyyətə daha dəqiq çatdırılmasına ehtiyac var".
MİA.AZ
YENİ KOMİSSİYA YARADILDI - Azər Əliyev sədr, onlar üzvləri seçildi
Türkiyə Quru Qoşunları komandanı Naxçıvana gəlib
Ramazanın 22-ci gününün duası: imsak və iftar vaxtı
PREZİDENT Aİ ŞURASI PREZİDENTİNİ QƏBUL ETDİ, BİRGƏ BƏYANAT VERİLDİ - FOTOLAR (Yenilənib)
Daha bir tiktoker həbs edildi
"İRANA HÜCUM NƏ QƏDƏR LAZIMDIRSA, O QƏDƏR DAVAM EDƏCƏK" - İsrail müdafiə naziri rejimin devrilməsini vacib sayır
“Qızlara ağ yaraşır” layihəsinin iştirakçıları “Azercell”in qonağı oldular - FOTOLAR
İnzibati cərimələrin qaytarılması qaydası təsdiqlənib
Bələdiyyələrlə bağlı daha bir qərar verildi
SEPAH ABŞ bazalarına yeni nəsil 2 tonluq raketlərlə zərbələr endirib
Avropa İttifaqı İranın Naxçıvana hücumunu pisləyib
"AAYDA SƏDRİNİN MÜAVİNLƏRİ VƏZİFƏDƏN ÇIXARILMAYIB" - Rəsmi açıqlama yayıldı (YENİLƏNİB)
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
QHT işi: daha bir nəfərə hökm oxunub
Politoloq Azər Qasımlıya ağır cəza verildi
"Birləşmiş Sukanal" MMC ləğv olunub
Prezident İlham Əliyev Fərman imzalayıb
Türkiyə Kuboku: 1/4 final mərhələsinin püşkü atıldı
Rüfət Nasosnunun verilişi bağlandı
İran Bəhreynə yeni zərbələr endirib
Avropa İttifaqı Şurasının prezidenti Azərbaycana səfərə gəlib
AFFA bir neçə klubu cəzalandırıb
“Qarabağ”ın məşqçiləri cəzalandırıldı
İrandan daha 23 nəfər Azərbaycana təxliyə olunub
İraq İranı hədələdi: "Hücumlara seyrçi qalmayacağıq, əgər...."
PUTİN İLHAM ƏLİYEVƏ ZƏNG ETDİ - Nələr müzakirə olunub?
Aeroport yolunda maşın iki piyadanı belə vurdu - VİDEO
Hərbçilərin maaşı ilə bağlı qərar verildi - Dəyişiklik
IDEA könüllüləri Zaqatalada kütləvi ağacəkmə aksiyası keçirib
Fransa XİN: "Biz bu müharibədə rol almadıq, iştirak da etməyəcəyik"
Xocavənd şəhərində əmək yarmarkası keçiriləcək
NYT: "İran ABŞ-ın 17 bazasına zərər verib"
Sabahın hava proqnozu açıqlandı
"Şamaxı" əcnəbi futbolçu ilə anlaşıb
Məmur olmaq istəyənlər imtahan verəcək - Xəbərdarlıq
Naxçıvanda onlayn kazino işlədən qız tutulub - VİDEO
Azərbaycanda üç kəndin adı dəyişir
Onlar indi hardadır?
İcra başçısı 31 nəfəri vəzifədən azad edib
Daha bir prezident İlham Əliyevə məktub göndərib - MƏTN
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: saxlanılanlar var
İstanbulda gecə 3 maşına od vurulub
Daha çox şikayət edilən sığorta şirkətləri: "Xalq Sığorta", "Atəşgah Sığorta", "Meqa Sığorta"... - SİYAHI
İsrail Livanı bombaladı - Daha on nəfər həlak olub