01-07-2014 [13:02]
AMIP Siyasi Şurasının üzvü Əli Orucov Azərbaycanda dini və milli tolerantlıq, millətlərarası münasibətlərin inkişaf etdirilməsiilə bağlı müsahibə verib. Müsahibəni təqdim edirik:
- Azərbaycanda tolerantlığın vəziyyətini necə qiymətləndirirsiz?
-Tolerantlıq yüksək inkişaf etmiş, sivil dəyərlərə yiyələnmiş və tam formalaşmış cəmiyyətlərə xasdır. Bəzən elə olur ki, cəmiyyət bu kreteriyalara cavab veriri, amma orada dini və milli azlıqlara dözümsüz yanaşılır. Belə hallar ya siyasi marqalardan, ya radikalizmdən, ya da natamamlıqdan yaranır. Şükürlər olsun ki, Azərbaycanda digər dəyərlərə yanaşmadan fərqli olaraq dözümlülük prinsiplərinə hərmət edilir. Bu həm də millətimizi psixaligiyasında və genidən irəli gələn faktordur. Çünki Azərebaycan xalqı həmişə əzilənlərin yanında olub, qonağa sayğı göstərib, böyüklük, humanistlik nümayiş etdirilib. Ölkəmizdə dini və milli tolerattlıqla bağlı hakimiyyətin öyünməsi heç də onun yürütdüyü uğurlu siyasətin nəticəsi deyil. Amma aşırı tolerat olmaq da, hər şeydə güzəştə getmək, dözümsüzlük göstərməyin də fəsadları olur. Tutaq ki, bəzi xristian emissarlarının neqativ fəaliyyətlərinə, yaxud da qeyri-ənənəvi dinlərin, radikal dini ünsürlərin pozuculuq əməllərinə dözmək gələcəkdə dövlətin əsaslarına ciddi təhlükə yarada bilər. Məncə, fərqli sivlizasiyalara, etnik toplumlara, diğər müxtəlifliyə o zaman döüzmlülük, tolerantlıq göstərilməlidir ki, bu,inkişafa, tərəqqiyə, dialoqa, barışa və dostluğa xidmət göstərsin. Bundan insanlar fayda götürsün. Biz bir millət olaraq, islam dünyasının bir parçası olaraq gərək əvvəlcə özümüzə qiymət verməliyik ki, başqalarını da dəyərləndirə bilək. Eləcə də bu toleratntlıqdan hamı bhrələnsin. Bəzən papadan artıq katolik olma halları da baş verir ki, kimlərəsə xoş gəlsin. Buna isə tolerant demirlər. yaltaqlıq, məddahlıq, süni xoşgörü deyirlər.
-Azərbaycan xalqının birgəyaşayış dəyərlərə hansı dərəcədə qiymət verir?
-Burda yaşayan millətlərinvə xalqların taleyi bir-birinə tarixən six bağlı oğlub. Bu gün sahib olduğumuz dəyərləri də, zəngin mədəniyyəti, tarixi də, mənəvi irsi də birgə yararadıblar. Bu gün xalqımız elə qaynayıb-qarışıb ki, milli mənsubiyyəti ayrıd etmək mümkün olmur. Bizim sevincimiz də, dərdimiz də problemlərimiz də bir olub. Nə yaxşı ki, babalarımız bizlərə belə bir miras qoyub. Bunu qorumaq, estafeti gələcək nəsillərə ötürmək lazımdır.
Br daha o fikrimə qaydırım ki, bizim millət və xalq olaraq qazandığıməız nailiyyətlərdən biri də dini və etnik münasibətlərin dost və qardaşlıq səviyyəsidir.
- Bu gün Azərbaycanda dövlət din münasibətləri, bu münasibətlərin tənzimlənməsi necədir?
-Azərbaycan Konstitusiyasına və qanunvericiliyə görə din dövlətdən ayrıdır və din xadimləri, dini qurumlar siyasətlə, dövlət işləri ilə məşğul ola bilməzlər. Dövlət tərəfindən dini müasibətləri tənzimlətən və dinlərarasında əlaqələri qaydasına salan, bir növ nəzarət funksiyasını həyata keçırən Dini İşlər Üzrə Dövlət Komitəsi mövcudur. Ölkəmizdə dinin cəmiyyətə təsiri də qonşu Türkiyə və İranda olduğu kimi də etkiləyici deyil. Azərbaycan daha dünyəvi dövlətdir. Bu da ondan irəli gəlir ki, uzun illər Sovetlər İttifaqında dini qarşı, fanatizmə qarşı yasaqlar qoyulmuşdu. Eyni zamanda maariflənmə çox-çox dərinə getmişdi. Doğrudur, qadağalara baxmayaraq dini ayinlər fərdi şəkildə açıq-gizli icra olunurdu. Lakin bu indiki kimi aşırı deyildi.
Dinin dövlət tərəfindən nəzarətə götürülməsi və tənzimlənməsi vacibdir. Hələ ki, bu sahədə ciddi problemlər yaşanmayıb. Baxmayaraq ki, ayrı-ayrı dini qruplaşmalar, qeyri-ənənəvi dinlərin cəmiyyətə ayaq açması, bəzi məzhəblərin yayılması gələcəkdə hansısa xoşagəlməz hadisələrə yol aça bilər. Bunu qabaqlamaq üçün hər şeyi dövlətdən gözləmək də düzgün deyil. Din elə bir məhfumdur ki, bunu təkcə inzibati yollarla tənzimləmək qeyri-mümkündür. Ən böyük məsuliyyət bu sahədə dini icmaların, dini qurumların və konfeksiyaların üzərinə düşür. Məncə, din hər cür siyasətin və dövlət işlərinin fövqündə durmalı, öz müqəddəsliyini, təmizliyini, ilahiliyini qorumalıdır. Sizin də izlədiyiniz kimi, din siyasiləşdiriləndə, hansısa ideologiyaya çevriləndə, yaxud da maraqların təminatçısı halına salınanda bədəlı ağır olur və həmin məkanlarda sabitlik pozulur. Hələlik bu kim amillər Azərbaycanda olmasa da, tam arxayınlaşmaq da olmaz. Çünki dinadından sui-istifadə edərək dövlət işlərinə qarışmaq, siyasət yapmaq, öz maraqlarını təmin etmək istəyən qüvvələr və insanlar var. Belələri hər zaman zəif yerləri tapmaqa və zərbələr edirməyə hazır olurlar.
Azərbaycanda dinin dövlətdən və siyasətdən ayrı olmasına baxmayaraq bağrağımızda və gerbimizdə İslamın atributları özündə əks olunubdur. Bu da ondan irəli gəlir ki, xalqımız öz diniə, inanclarına daim sayqı və hörmət göstərirlər. Dövlətin də vəzifəsi insanların inanclarına müdaxilə etmək deyil, öz dinlərini mükəmməl öyrənib yaşatmaqla bahəm gələcək nəsillərə ötürülməsini təmin etməkdir. Məscidlər, sinaqoqlar, kilsələr tikməklə iş bitmir. Həmin ibadət yerlərinə sağlam və inanclı insanların üz tutmasına zəmin yaratmaqdır. Yəni maarifləndirmə işlərini gücləndirməkdir.
- Azərbaycanda etnik xalqları qızışdırmaq dövlətçilik əleyhinə cəhdlər zaman-zaman olub və imkan olduqca buna cəhdlər davam etdirilir. Sizcə bu cəhdlər Azərbaycanda tolerantlıq modelini, xalqların münasibətini dəyişə bilərmi?
-Azərbaycan çoxmillətli və çox dinli ölkələrdən biridir. Burada irili-xırdalı 20-dən çox millətin və etnik qrupların nümayəndələri mehriban şəkildə yaşayırlar. Azərbaycan türkləri ölkə əhalisini 85 faizə yaxınını təşkil etsə də, heç vaxt digər xalqlar üzərində hegomonluğunu hiss etdirməyib. Əksinə bütün sahələrdə bərabər şərait yaradılıb. Hətta, elə sahələr var ki, orada azərbaycan türklərinin çəkisi azlıq təşkil edir. Tarix sübut etdi ki, həddindən artıq humanistlik də tolerantlıq da heç də həmişə müsbət hal deyil. Ermənilərə edilməyən güzəşt göstərilməyən xoş münasibət, yaradılan imkan və şərait heç azərnbaycan türklərinə yaradılmamışdı. Nəticəsi nə oldu. Fürsət düşən kimi işğalçılıq niyyətlərini gerçəkləşdirdilər. Mən hesab etmirəm ki, Azərbaycanda yaşayan diğər azsaylı xalqlar və etnik qruplara bundan sonra ehtiyatlı və inamsız münasibət göstərilməlidir. Müstəqillliyimiz və ərazi bütövlüyümüz uğrunda bu məmləkətdə yaşan bütün etnik toplumlar azərbaycan türkləri ilə çiyin-çiyinə oldular. Onlar da itkilər verdi. Ancaq yaşanan acı təcrübə və böyük dövlərlərin, eləcə dövlət olaraq əhatəmiz tələb edir ki, milli-dini məslələrə həsaslıqla və diqqətlə yanaşaq. Hər xırdalıqları ciddiyə alaq. Dövlətçilik əleyhinə olan və bu istiqamətdə fəaliyyət göstərən qüvvələri vaxtında zərərsizləşdirə bilək.
Azərbaycan elə bir geopolitik məkanda yerləşir ki, burada regional və super güclərin marqaları toqquşur. Ona görə də bu oyunçular strateji cəhətdən əhəmiyyətli olan Azərbaycanı təsir altına almağa çalışır. Bu təzyiq vasitələrindən biri də təəssüf ki, separatizmin dəstəklənməsi, dini təfriqənin yaradılmasıdır. Buna cəhdlər də olunubdur. Heç kəs gələcəkdə belə cədlərin olunmayacağına təminat verə bilməz. Odur ki, ehtimal olunan təhlükə mənbələrinə nəzarət gücləndirilməlidir. Mən inanmıram ki, ölkədə yaşayan etnik azlıqlar nə vaxtsa dövlətçiliyimizə qarşı çıxsınlar, yaxud da, separatizmə yuvarlansınlar. Ukraynanın cənub əyalətlərində qanunu hökumətə qarşı silahlı saldırılar həyata keçirən ukraynada yaşayan rusların olmadığı kimi, əgər Azərbaycanda da belə qarşıdurmaya cəhd edilsə, bunu burda yaşayan etniklər vasitəsi ilə yox, həmin etniklərin adı ilə pərdələyə bilərlər. Bu gün işğal edilmiş ərazilərimizi, Dağlıq Qarabağı da əsasən Ermənistan əlində saxlayır. Dağlıq Qarabağda yaşayan ermənilərə qalsaydı bəlkə də bu münaqişə çoxdan öz həllini tapmışdı. Ona görə də hesab edirəm ki, dövlət də cəmiyyətin özü də separatizmə qarşı çox amansız və sərt olmalıdır.
- Azsaylı xalqların yaşadığı regionda regionda hər hansı ayrıseçkilik hiss eləmisizmi?
-Bayaq da vurğuladığım kimi, Azərbaycanda azsaylıxalq, yaxud da diğər millət anlayışı sezilmir. Çünki bu xalqlarla Azərbaycan türklərini tarixi, mədəni, dini və mənəvi köklər bir-birinə qalın tellərlə bağlayıb. Qaynaıb-qarışıblar. Ona görə də bu cür ayrı seçkilərdən danışmağa dəyməz. Bu gün Azərbaycanın problemləri ümumi Azərbaycan üçün xarakterikdir. Əksinə bu yük dövlətin və azsaylı xalqların qarantı kimi üzərinə öhdəlik götürən Azərbaycan türkləri üçün da çoxdur. Çünki azsaylı xalqların sosial-iqtisadi və digər problemlərini həll edə bilmirlər. Çünki özləri də bu problərin içərsindədirlər. Məsələn bu gün Kürdəmirdə, Hacıqabulda, Saatlıda, Sabirabadda yaşayan Azərbaycan türklərinin vəziyyəti Zaqatala, balakən, Qusarda yaşayan ləzgi, avar qardaşlarımızdan daha dözülməzdir. Heç olmas onların daha əlverişli cöqrafi relyefi var. Yaxud da Füzulidən, Ağdamdan, Zəngilandan, Cəbrayldan, xocalıdan, Şuşadan, Kəlbəcərdən, Laçından, Qubadlıdan və s. qaçqın düşən soydaşlarımızın durumu Şabranda yaşayan tat, Lerikdə, Astarada, Masallıda qaşayan talış qardaşlarımızdan daha ağır və bərbaddır. Aparılan tikinti-abadlıq işləri və qoyulan yatırımlar hesabına azsaylı xalqların nisbətən kompakt yaşadığı regionlarda vəiyyət vüsbətə doğru xeyli dəyişib. Ona görə də əlahiddə regionlarda problemlərin götürürlməsinin heç bir əsası yoxdur. Bu hakimiyyət bütün regionlar üçün problemlər yaradıb.
- Hazırda tolerantlıqla bağlı gənclərin maarifləndirilməsinə ehtiyac varmı? Ümumiyyətlə bu istiqamətdə təklifləriniz nədir?
-Təbii... Xüsusən də Yaxın və Orta Şərqdə baş verən, eləcə də İslamafobiyanın dünyada körükləndiyi indiki məqamda istər tolerantlıqla bağlı istərsə də dinlə bağlı maarifləndirilmə işinə ciddi zərurət var. Və bu maarifləndirmə işini də hər şəxs deyil, İslamı bilən, dini və dini məsuliyyətin nə olduğunu dərindən dərk edən savadlı teoloqlar aparmalıdır. Nə yazıqlar ki, bu gün azərbaycanda belə ilahiyyətçi alimlər, belə dinşünaslar və din xadimlər çox azdır. Din xadimlərinin bir qismi İran təsiri, bir qismi Türkiyənin, əsasən də Nurçuların, bir qismi Ərəb dünyasının təsiri altındadır. Çoxununsa ümumiyyətlə dindən başı çıxmır. Fikrimcə, ən böyük məsuliyyət Qafqaz Müsalmanları İdarəsinin üzərinə düşür. Eyni zamanda ayrı –ayrı konfeksiyaların nümayəndələri də maarifləndirmə işində fəal olmalıdırlar. Təəssəflər olsun ki, QMİ və onun rəhbəri, cənab şeyximizin adı dinidən, ruhaniyyətdən və ilahiyyatdan daha çox maliyyə məsələlərində, biznes haqq-hesablarında hallanır. Açığı A.Paşazadənin "mən 40 ildir şeyxəm amma indiyədək bilmirəm vicdan nədir” fikirləri şəxsən mənə çox pis təsir etdi. Əgər bir millətin ki, dini rəhbəri vicdanın nə olduğunu bilmirsə, onda heç bir söz qalmır. Və onun da cəmiyyətə müsbət mənada nəsə verəcəyinə şübhə etməməyə yer qalmır. Heç kəsə sirr deyil ki, ölkədə din pərdəsi altında çoxları şıdırğı alver edir. Maarifləndirmə deyil, mövhümatçılıq təbliğ olunur.Televiziyalarımız, KİV-lərimiz, hamısı falçıları, fırıldaqçıları, ekstasensləri gözə soxur. Çünki maddi maraqlar mənəvi maraqları üstələyir. İslam dini ən mükəmməl dindir. Sadəcə onu olduğu kimi çatdırmaq yetər.
- Bildiyiniz kimi, ta qədimdən Azərbaycan yerləşdiyi coğrafi nöqteyi nəzərdən millətlərin, mədəniyyətlərin vəhdət təşkil elədiyi bir məkan olub. Hazırda Azərbaycanda mədəniyyətlərarası dialoqun vəziyyətini necə dəyərləndirirsiz?
-Bir ölkənin çox millətli və çox dinli olması həm yaxşıdır, həm pis. Çox millətli olmaq həmn ölkənin zəngin mədəniyyətə, rəngarəngliyə və müxtəlif adət-ənənəyə, həmçini də maddi- mənəvi irsə sahibliyi deməkdir. Pis odur ki, belə cəmiyyətlərdə toqquşma və qarşıdurma risklər də olur. Şükrlər olsun ki, mənfur erməniləri çıxmaqla belə bir təhlükə, nəinki yoxdur, əskinə vəhdətlik, bütövlük var. Hər bir etnik toplumun mədəni və mənəvi dəyərləri hamı üçündür. Eyni zamanda hansısa bir etnik-dini azlığın, məişətindən, davranışlarınadan, yaşam tərzindən tutmuş milli psixologiyasınadək blok edilməyib. Yaxud da assimliyasiyaya, deqradasiyaya uğradılmayıb. Hər kəsə öz mədəniyyətlərini, dillərini, adət-ənənələrini inkişaf etdirməyə, milli kimliklərini yaşatmalarına, ayinlərini və ibadərlərini icra etməyə imkan verilib. Halbuki demokratiyanın və sivlizasiyanın beşiyi sayılan Avopa ölkələrində bu qadağalar, xoşagəlməz rəftar, ayrıseçkilik, dözümsüzlük halları indi də var. Qonşumuz İranda 30 milyiondan çox soydaşımız asimilliyasiya məruz qalmaqdadırlar. Öz dillərində hətta məişət səviyyəsində danışmağa da yasaq qoyulub.
Mən də onun tərəfdarıyam ki, radikalizmə, fanatizmə, nifrətçiliyə yol verilmələidir. Azsaylı xalqların da rahatçılığı da, gələcəkləri də, varlıqlarını sürdürmələri də təbii ki, qarşılıqlı hörmət, ehtiram və əlaqələrin daha da dərinləşməsindən keçir. Hansısa xarici və daxili qüvvələrin çirkin niyyətlərinin həyata keçirilməsinə alət olan azlıqların aqibətləri göz önündədir. Həm bu həm də tarixi, mədəni və mənəvi amillər diqtə edir ki, bundan sonra da azlıqlar və Azərbaycan türkləri talelərini birlikdə həll etsinlər. Necə ki, yüzillərdir belə ediblər. Halbuki demokratiyanın və sivlizasiyanın beşiyi sayılan Avopa ölkələrində bu qadağalar, xoşagəlməz rəftar, ayrıseçkilik, dözümsüzlük halları indi də var.
İslamın özündə də ayrımcılıq rədd edilir, dostluğa, qardaşlığa, bərabərliyə, haqqa, ədalətə, sülhə çağrış edilir. İslamın əsil üzü də sifəti də mahiyyəti də budur.
Pezeşkian daha iki ölkə lideriylə danışdı, Trampa çağırış etdi: "Biz şərəfli razılaşma istəyirik"
Türkiyənin Tüpraş neft emalı zavodunda partlayış baş verib
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Avropa Liqası: "Fənərbağça" - FCSB komandalarnın 11-liyə bəlli oldu
Ceyhun Bayramov İran XİN başçısı ilə danışdı: "Hava məkanı və ya ərazimizdən İrana qarşı istifadəyə icazə verilməyəcək"
"Yuventus" türk klubunun daha bir hücumçusuna "göz qoydu"
Paşinyan: "Çox böyük potensialımız var, enerji sistemimizi Azərbaycan və Türkiyənin..." - "Əgər Rusiya istəməsə...."
TEHRANIN ABŞ-a MÜQAVİMƏTİ: "Əlimiz tətikdə gözləyirik" deyən İranın hərbi gücü ilə bağlı - ARAŞDIRMA
Avropa İttifaqı SEPAH-ı "Terror siyahısı"na aldı, Tehrana sərt mesaj verdi: "Öz xalqını öldürən rejim sonunu hazırlayır"
"Trobzonspor"un oyunçusu "Gənclərbirliyi"nə keçib
Kristjan Asllani İstanbula gəlir
WUF13:tərəfdaş tədbirlərinə qeydiyyat müddəti uzadılıb
583, 586 əyar və diş qızılı.. - Qiymət Azərbaycanda nə qədər qalxıb?
Nazirlikdə nöqsanlar aşkarlanıb
General rütbəsi verilən gömrükçülər kimlərdir? - FOTOLAR
Tərtərin prokuroru vəzifədən azad olunub
"Beşiktaş"ın prezidenti: "Vəzifəmin başındayam"
“Kapital Bank”ın haqsız faiz siyasəti - İqtisadçı yazır
Ədliyyə Nazirliyi bu QHT-nin ləğvini istəyib
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Xəzər rayonunda üç evdən oğurluq olub
Özü 20 min, müavinləri 15 min, köməkçiləri 10 min manat alan Agentlik sədri... - Mətbuat katibi maaşla bağlı sualdan yayındı
Şadlıq evlərindən baha olan restoranlar: bir nəfərin yeməyi neçədən başlayır? - SİYAHI
Xəzərin sahilində nəhəng beton bünövrələr üzə çıxıb
FİFA Türkiyə klubunu cəzalandırdı - Polşalı qapçıya gərə
ABŞ Səfirliyi “Qarabağ”ı təbrik edib
HƏBS TƏHLÜKƏSİNDƏ OLAN ŞƏXSƏ AHİK-in QAPSI NECƏ AÇILDI? - "Birdən-birə niyə belə bir oyuna əl atıldı?"
Almaniya əhalisi azalıb - 2020-ci ildən bəri ilk dəfə...
Əli Əsədov yeni qərar imzalayıb
İranın vitse-prezidenti xalqdan üzr istədi
Bəylər Eyyubovun qardaş oğlu həbsdən buraxılmadı - Məhkəmə prosesi
Masallıda 2 uşaqlı ananın üçəmi də dünyaya gəlib
Regional İdarə rəisi vəzifədən azad olunub
Azərbaycan Milli Hidrogen Strategiyasının tətbiqinə dair İşçi Qrupun iclası keçirilib
Torpaq vergisi bəyannaməsi ilə bağlı müddəti dəyişib
“Məndən nə istəyirsiniz?” – Rəqsanə canlı yayımda ağladı (VİDEO)