Rəsmi Ankara Baş nazirə sui-qəsdi kəskin qınadı: "Bu, birbaşa demokratiyaya təhdiddir"

img

15-05-2024 [21:14]


Türkiyənin vitse-prezident Covdet Yılmaz Slovakiyanın baş naziri Robert Fitsoya qarşı sui-qəsdi lənətləyib.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, o, hadisə haqda deyib: "Slovakiyanın baş naziri cənab Robert Fitsoya qarşı törədilən iyrənc hücumdan çox kədərlənirəm. Bu sui-qəsd birbaşa demokratiyaya təhdiddir. Bu cür hərəkətlərin heç bir cəmiyyətdə yeri olmamalıdır. Baş nazirə tezliklə sağalmasını arzulayıram. Ümid edirəm ki, bu cür qəddar hücumlar bütün dünyada pislənəcək və günahkarlar məsuliyyətə cəlb olunacaqlar".

Firudin Səfərli

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:50 12.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA