Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
CƏMİYYƏT
15.05.2024, 00:00
Qoç - ən sadə və ilk baxışdan asan təsir bağışlayan məqsədə çatmaq üçün ciddi səy göstərməli olacaqsınız. Bu sizi yetərincə qıcıqlandıracaq. Lakin emosiyaların qurbanına çevrilməyin, mühüm işi yerinə yetirməyə başlayın, irəliləməyə, hədəfə çatmağa çalışın. Səfər üçün pis gün deyil. Şəxsi münasibətlər müstəvisində problemlər yarana bilər. Şübhəli və qısqanc olmayın, həssas və səmimi davranın. Yaranan problemləri dərhal, yerindəcə həll etməyə can atın.
Buğa - aktivlik və intensiv fəaliyyətin tələb olunduğu gündür. İzafi fikirləşmək, götür-qoy etmək üçün vaxt həddən ziyadə azdır.
Dostlar və yaxın ətrafınızdakı insanlarla münasibətlərdə dəyişikliklər ola bilər. Sizi sevindirməyəcək informasiyanın alınması istisna deyil. Şayiələrə və dedi-qodulara inanmayın. Bu gün boş söhbətlər heç bir səbəb olmadan yaranacaq. Günün ikinci yarısında yarımçıq işləri tamamlayın. Başınız işə nə qədər çox qarışarsa, həyata daha nikbin baxacaqsınız. Axşam saatlarında yaxşıca istirahət edin.
Əkizlər - mühüm suallara cavab arandığı gündür. Aldığınız informasiya sizi təəccübləndirəcək, hətta şoka salacaq. Lakin az sonra anlayacaqsınız ki, bu məlumatda fayda var. Uğurlu sövdələşmə, anlaşma, müqavilə mümkündür. Borc pul götürmək olar. Yaxın ətrafınızdakı insanlarla münasibətlər birmənalı deyil.
Hətta çox yaxın, məhrəm insanla qarşılıqlı anlaşmaya nail olmaq çətindir. Ən xırda məsələyə görə mübahisə etməyin. Enerjinizi faydalı işə sərf edin.
Xərçəng - balans hissini unutmayın, vaxtında dayanmağı bacarın. Belə davransanız, düşünülməmiş addımlardan və gərəksiz xərclərdən qurtularsınız.
Həssas və təmkinli, ağıllı və məntiqli davranaraq yaxın ətrafınızdakı insanlarla münaqişəyə yol verməyin. Qohumlar və dostlarla münasibətlərdə harmoniyanı qoruyun.
Məsləhət verməyə can atmayın. Onsuz da, həmin məsləhətlərə əməl etməyəcəklər.
Planlaşdırılmamış səfərə yollanmayın. Belə səfər çətinlik və problem mənbəyinə çevrilə bilər. Nəqliyyatda, yolda, sükan arxasında ehtiyatlı, sayıq olun. Axşam saatlarında istirahət edin, əylənin. Tanımadığınız yerə yollanmayın.
Şir - son vaxtlar işlərinizə dəfələrlə müdaxilə edən, planlarınızı pozmağa çalışan xoşagəlməz insanla qarşılaşacaqsınız. Təbii ki, belə görüş sizdə ruh yüksəkliyi yaratmayacaq.
Qıcıq və sinirin öhdəsindən gəlməyə, batininizdəki müvazinəti bərpa etməyə vaxt gərəkdir.
Günün ikinci yarısında problemlə qarşılaşa bilərsiniz. Eksperimentlər və sınaqlar vaxtı deyil, sınanmış metodlardan istifadə edin. Yorucu, ağır iş görməyin. Orqanizminizi sınağa çəkməyin.
Qız - dünyagörüşü, bilik, bacarıq və təcrübənin artırılması üçün istənilən işlər, məşğuliyyətlər üçün əlverişli gündür. Treninq, seminar və s. kimi tədbirlərə dəvət alsanız, qatılın. Xarici dillərdən birini öyrənirsinizsə, əzmli olun. Ünsiyyət və yeni tanışlıqlar üçün yaxşı vaxtdır. Fəqət, bir müddət tək, tənha çalışın. Bu, sizə mənəvi balansı bərpa etməyə, emosiyalarınızı qaydaya salmağa, baş vermiş son hadisələri təhlil etməyə imkan verəcək.
Tərəzi - eksperimentlər və sınaqlar üçün əlverişli gün deyil. Etibarlı, sınanmış, alışdığınız vasitə və metodlardan istifadə edin. Əvvəl başladığınız işləri başa vurmadan yeni işə başlamayın. Yoxsa qarışıqlıq və problemlər yarana bilər. Dostlardan biri ilə ciddi fikir müxtəlifliyi yarana bilər. Sərt mübahisənin yaşanmaması üçün güzəştə getməyi bacarın. Şəxsi münasibətlər müstəvisində problemlər istisna deyil. Romantik təmaslar istədiyiniz kimi alınmır. Sərinləşmə hisslərinizin məruz qaldığı sınaqların təhlilinə lüzum yaradır.
Əqrəb - yeni layihə və ya işlə bağlı önəmli qərarı təkbaşına qəbul etməyin. Fikrinə və təcrübəsinə etibar etdiyiniz insanlardan biri ilə məsləhətləşməkdə fayda var.
Maliyyə və pul əməliyyatları baxımından uğurlu gün deyil. Emosional, impulsiv addımlar itkilərə səbəb ola bilər.
Tanış və dostların bacarmadığı işdə irəliləyişə nail ola bilərsiniz. Xroniki ağrıların kəskinləşməsi istisna deyil. Mədə-bağırsaq sistemini qoruyun. İmici ciddi dəyişmək məsləhət deyil.
Oxatan - bu gün qohumlardan biri sizi sevindirəcək. Köhnə dostlardan xoş xəbərlərin alınması istisna deyil. Geniş miqyaslı layihəyə və ya yeni işə başlamaq məsləhət deyil. Tələskənliyə yol verməyin.
Pul və dəyərli əmlakla bağlı məsələdə hövsələsizlik etsəniz, səhv riski dəfələrlə artır.
Köç, yaşayış və ya iş yerinin dəyişdirilməsi ilə bağlı məsələləri həll etmək üçün əlverişli vaxt deyil. Hadisələri tələsdirməyin, süni təkanlara və müdaxilələrə əl atmayın. Gördüyünüz işlərdə və iştirak etdiyiniz olaylarda harmoniyaya nail olun. Axşam saatlarında istirahət edin. Səhhətinizin qeydinə qalın.
Oğlaq - yaşam arealınızı müvəqqəti olsa da, dəyişin. Yeni işə başlayın. Bəyənmədiyiniz, səd və maneə hesab etdiyiniz ənənələrlə qaydaları pozmaq zamanıdır. Xoş görüş və romantik macəra dönəmidir.
Günün ikinci yarısında böyük xərclər olacaq, amma sərf edilən pullara heyfiniz gəlməyəcək. Alış-veriş üçün uğurlu gündür. Bahalı əşya və ya nəsnə almaq olar. Yaşam potensialı yüksəkdir, sağlamlıqla bağlı problemlər yaranmayacaq.
Dolça - sakit və uğurlu gündür. Xırda məsələlərə sevinə biləcək insan üçün pozitiv emosiyalar bol olacaq. Yaradıcılıq potensialı yuksəkdir. Fantaziya, təxəyyül, orijinallıq və qeyri-standart yanaşma tələb edən istənilən işdə uğura nail olacaqsınız. Səliqə və təmkin tələb edən işdə tələsməyin: əks təqdirdə uğursuzluqla üzləşəcəksiniz. Planlaşdırılmamış səfərdən imtina edin. Məcburiyyət yaranarsa, yola tək çıxmayın. Əhvalınız yaxın ətrafınızdakı insanların davranışlarından asılıdır. Sizdə xoş emosiyalar oyadan insanla təmasda olun.
Balıqlar - əhvalınızı yaxşılaşdıracaq xoş sürprizlər və xəbərlər günüdür. Lakin yaranan, həllini tələb edən problemləri də unutmayın. Ciddi çalışın, süstlük və tənbəllik etməyin. Əks təqdirdə mütləq şəkildə nəyisə səhv salacaq, yorulacaqsınız. Yaşlı qohumlardan biri ilə anlaşılmazlıq, kiçik fikir ayrılıqları ola blər. Sevdiyiniz insanlarla münasibətlərdə həssas olun. Konkret məsələ ilə bağlı fərqli fikirlərə malik olsanız da, mübahisə etməyin. Yeni maraq və məqsəd yaranacaq. Bu maraqdan birinin yeni gəlir mənbəyinə çevriləcəyi istisna deyil.
Milli.Az
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
Başqa vətən arzulamağa ehtiyac yoxdur” - Paşinyan
Bugün, 00:34 SİYASƏT
-
Məşhur aktrisanın ölkədən çıxışına qadağa qoyuldu
Bugün, 00:21 MƏDƏNİYYƏT
-
TÜRKİYƏ UNİVERSİTETLƏRİNƏ ŞOK: 110 min yer boş qalıb, 30 mindən çox isə... - Azərbaycandan qardaş ölkə üniversitetlərinə axın niyə azalır?
Bugün, 00:10 GÜNDƏM
-
"Kurtlar Vadisi"nin "Ömər Baba"sı "şübhələnirdim" dedi, istintaqa çağırıldı - Kəşfiyyatçının şübhəli ölümü işi böyüyür
Bugün, 00:08 MƏDƏNİYYƏT
-
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Bugün, 00:03 MƏDƏNİYYƏT
-
ABŞ İrana uçuşlara icazə verən ölkələri hədələdi: "Dollar sistemindən çıxaracağıq"
Bugün, 00:01 İQTİSADİYYAT
-
Xalq artisti Ramiz Həsənoğlu əməliyyat edildi
21.09.2026, 23:03 MƏDƏNİYYƏT
-
“Şəki yaylası”nda faciəvi şəkildə ölən Ucalın atasından təsirli sözlər
21.09.2026, 21:54 CƏMİYYƏT
-
AzTV-nin keçmiş işçisi AAYDA-da yeni vəzifəyə olunub
21.09.2026, 20:51 İQTİSADİYYAT
-
"Fənərbağça" komandası Bakıya gəlir - Bu tarixdə
21.09.2026, 19:55 İDMAN
-
Xəzər dənizində zəlzələ olub
21.09.2026, 18:40 GÜNDƏM
-
Nazirlər Kabineti şagirdlərin geyim formasının standartlarını təsdiqləyib
21.09.2026, 18:06 GÜNDƏM
-
“AzerGold”a yeni sədr müavini təyin olundu - O, kimdir?
21.09.2026, 18:01 GÜNDƏM
-
Vilayət Eyvazov xidmətə qəbul olunmaq istəyən 203 nəfərİ seçim turunun növbəti mərhələsinə buraxıb - VİDEO
21.09.2026, 17:38 CƏMİYYƏT
-
Avropa İttifaqı "Google"u 403 milyon avro cərimələdi
21.09.2026, 17:22 PRESS
-
"Bakı Biznes Mərkəzi" Mədəniyyət Nazirliyinin tabeliyinə verilib
21.09.2026, 17:09 MƏDƏNİYYƏT
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
21.09.2026, 17:00 İQTİSADİYYAT
-
"Kurtlar Vadisi Pusu" serialının daha bir aktyoru istintaqa çağırıldı
21.09.2026, 16:57 MƏDƏNİYYƏT
-
Prezident İlham Əliyev sərəncam imzaladı
21.09.2026, 16:36 GÜNDƏM
-
İcra başçısı müavini DSK-ya sədr təyin olunub
21.09.2026, 16:12 CƏMİYYƏT
-
Cavid Hüseynovla Zaur İsmayılov istefaya göndərildi
21.09.2026, 16:06 İDMAN
-
Afra Saraçoğlu hava limanında saxlanıldı
21.09.2026, 15:56 MƏDƏNİYYƏT
-
UNİVERSİTETLƏ İNSTİTUT BİRLƏŞDİ - Baş nazir qərar verdi
21.09.2026, 15:42 GÜNDƏM
-
“TikTok”da saxta elanlar yerləşdirən şəxs saxlanılıb
21.09.2026, 15:32 KRİMİNAL
-
Serdar Ortaç vəsiyyətini açıqladı - Boğaziçi mənzərəli evi kimə qalacaq?
21.09.2026, 15:19 MƏDƏNİYYƏT
-
ABŞ iranlı jurnalistlərə viza verməyib
21.09.2026, 15:12 PRESS
-
Qarabağ zonasında daha 1840,3 ha ərazi minalardan təmizlənib
21.09.2026, 15:04 GÜNDƏM
-
"Real Madrid": "Elə edirlər ki, klub olaraq az qalırsınız bu liqadan çəkiləsiniz"
21.09.2026, 14:49 İDMAN
-
Hörmüz boğazında yenə neft tankeri vurulub
21.09.2026, 14:14 DÜNYA
-
Deputat Su Ehtiyatları Agentliyi ilə "İcbari tibbi sığorta"nı tənqid elədi: "Təcrübəli işçilərin sürətlə dəyişdirilməsi..."
21.09.2026, 14:10 GÜNDƏM
-
Kəlbəcərli şair Prezident İlham Əliyevə müraciət ünvanlayıb: "Cavid Qurbanovun fəaliyyətini yoxlatdırın..."
21.09.2026, 13:52 CƏMİYYƏT
-
Nazirin yüksək vəzifə verdiyi Aysel İbayeva kimdir? - ƏƏSMN-də növbəti təyinat
21.09.2026, 13:37 İQTİSADİYYAT
-
"YENİ HÜCUM OLSA, MÜHARİBƏNİN ÇOĞRAFİYASINI DƏYİŞƏCƏYİK" - Tehran dünyanı heyrətləndirəcək yeni silahını da işə salacağını iddia edir
21.09.2026, 13:23 GÜNDƏM
-
Bakıda polis əməliyyatı: saxlanılanlar var
21.09.2026, 13:11 KRİMİNAL