275 müsavatçı İsa Qəmbəri yenidən başqan seçdi - 3 nəfər isə əleyhinə çıxdı

img

04-05-2024 [23:56]


Bu gün Müsavat Partiyasının XI qurultayı keçirilib.

Mia.az xəbər verir ki, qurultayda sərbəst Məclis üzvləri, Divan üzvləri, Mərkəzi Nəzarət Komissiya üzvləri və yeni başqan seçkisi keçirilib.

Məlumata görə, seçkidə 278 nəfər iştirak edib ki, onlardan 3 nəfər əleyhinə, 275 nəfər isə İsa Qəmbərin lehinə səs verib.

Xatırladaq ki, İsa Qəmbər 1992-ci ildən 2014-cü ilədək partiyaya rəhbərlik edib. 2014-cü ildə isə başqanlıq seçkisində iştirak etməyərək partiyanın aparat rəhbəri Arif Hacılıya dəstək verib və onun başqan seçilməsində həlledici rol oynayıb.


Digər xəbərlər
SON XƏBƏRLƏR
18:50 26.11.2024

Qar yağacaq