Mirmahmud Mirəlioğlu: "Öz məsələm dəqiq deyil"

img

20-05-2024 [12:27]


Parlament seçkilərində Klassik Xalq Cəbhəsi Partiyası da iştirak edəcək.

Mia.az xəbər verir ki, bu barədə Qaynarinfo-ya partiya sədri Mirmahmud Mirəlioğlu məlumat verib.

Onun sözlərinə görə, hazırda partiya daxilində seçkiyə hazırlıq prosesinə start verilib: "Namizədlərin müəyyənləşdirilməsi prosesi hələ yekunlaşmayıb. Namizəd kimi seçkidə iştirak etmək istəyənlərin sayı çoxdur".

"Namizədliyinizi hansı dairədən irəli sürəcəksiniz" sualına Mirmahmud Mirəlioğlunun cavabı belə olub: "Öz məsələm dəqiq deyil. KXCP mütləq iştirak edəcək, onların kimliyini seçkiyə startı veriləndə elan olunacaq".


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA