"İran xalqının kədərinə şərikik" - Əli Əsədov

img

20-05-2024 [13:56]


Baş naziri Əli Əsədov İran İslam Respublikasının Prezidenti Seyid İbrahim Rəisinin, xarici işlər naziri Hüseyn Əmir Abdullahianın və digər müşayiət edən şəxslərin helikopter qəzasında həlak olmaları ilə bağlı İranın Birinci vitse-prezidenti Məhəmməd Moxberə başsağlığı məktubu ünvanlayıb.

Mia.az xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin mətbuat xidməti məlumat yayıb.

Məktubda Ə.Əsədov İranın Birinci vitse-prezidentinə, həlak olanların ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verib, İran xalqının kədərinə şərik çıxdığını bildirib.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:52 25.11.2024

Sabah yağış yağacaq