Məclisin sədri: "Arif Hacılı başqanlığa namizəd olmayacaq, İsa bəy isə...."

img

25-04-2024 [12:49]


Müsavatçıların böyük əksəriyyəti İsa Qəmbərin namizədliyini dəstəkləyir, amma İsa bəy hələ qərarını açıqlamayıb.

Bu sözləri Müsavat Partiyası Məclisinin sədri Nüşabə Sadıxlı partiyanın qurultayında yeni başqan seçkisi haqda qeyd edib.

“Müsavat Partiyasının nizamnaməsində başqan 5 il müddətinə seçilir və bir şəxs iki dəfədən artıq sədr ola bilməz. Ona görə də Arif bəyin müddəti bitdiyi üçün başqanlığa namizədliyini verməyəcək. Qaldı namizədlərə, müsavatçıların böyük əksəriyyəti İsa bəyin namizədliyini dəstəkləyir, amma İsa bəy hələ qərarını açıqlamayıb”- deyə N.Sadıxlı bildirib(Axar).

Qeyd edək ki, Müsavat Partiyasının XI qurultayı mayın 4-də Suraxanı rayonu, Əmircan qəsəbəsi, Səttar Bəhlulzadə adına Mədəniyyət Evində keçiriləcək.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA