Müsavat Məclisi qurultayla bağlı qəti qərar verəcək

img

27-06-2014 [14:39]


Müsavat Partiyasının qurultay keçirə bilməmək problemi davametməkdədir. Artıq partiya 4 ildir ki, VIII qurultayını yer problemiucbatından keçirə bilmir. Dəfələrlə Bakı Şəhər İcra Hakimiyyətinə(BŞİH) müraciət edilməsinə baxmayaraq, dövlət qurumu edilən müraciətə ya gec cavab verir, ya da ayırdığı yer münasib olmur.

İndiyə qədər Müsavat Partiyası qurultay üçün dəfələrlə konkretgün müəyyənləşdirsə də, məlum səbəblər üzündən təxirə salınıb. Partiyanın 28 iyunda keçiriləcək Məclisində qurultayla bağlıyaranan narazılıqlara, söz-söhbətlərə son qoyulacağı, qətiqərar veriləcəyi gözlənilir. Qurultay probleminin Məclisdə necəçözüləcəyi, bununla bağlı hansı qərarların veriləcəyini öyrənməküçün Müsavat Partiyasının İcra Aparatının rəhbəri Arif Hacılı ilə əlaqə saxladıq. A.Hacılı bildirdi ki, növbəti Məclisdə həqiqətən dəqurultayla bağlı qəti qərar veriləcək: "Sabah partiyanın Məclisitoplanacaq. Qurultayla bağlı məsələ Məclisin bu toplantısındaətraflı müzakirə olunacaq. Konkret qərar veriləcəyini gözləyirəm”.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA