İraqın baş naziri: "İraq ərazisindən başqa bir ölkəyə hücuma icazə verə bilmərik"

img

23-04-2024 [00:03]


"İraq ərazisindən başqa bir ölkəyə hücuma icazə verə bilmərik. İraq və Türkiyənin təhlükəsizliyi bütün və bölünməzdir".

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu sözləri İraqın baş naziri Məhəmməd Şia əl-Sudani Bağdadda prezident Ərdoğanla görüşdən sonra keçirilən ortaq mətbuat konfransında deyib.

Türkiyə ilə müxtəlif sahələrdə ortaq müqavilələr imzaladıqlarını xatırladan Sudaninin sözlərinə görə, bu gün həmkarı Ərdoğanla strateji layihələr imza atıblar: "Türkiyə və İraqın təhlükəsizliyi ilə bağlı əməkdaşlığa razılaşdıq. Bu, iki ölkənin arasındakı razılaşmlar münasibətlərimizdə nümunəvi olacaq. İraq ərazisindən başqa bir ölkəyə hücuma icazə verə bilmərik. Hər kəs biləcək ki, İraq və Türkiyənin təhlükəsizliyi bir bütün və bölünməzdir".

Lamiyə Əhmədli

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR