Qarabağ zonasında daha 1429.1 hektar ərazi minalardan təmizlənib

img

22-04-2024 [14:50]


İşğaldan azad edilmiş ərazilərdə həyata keçirilən humanitar minatəmizləmə əməliyyatları ilə bağlı həftəlik məlumat açıqlanıb.

Mia.az xəbər verir ki,  bu barədə ANAMA xəbər yayıb.

Bildirilib ki, azad olunan ərazilərdə 15-21 aprel 2024-cü il tarixi ərzində 39 tank əleyhinə mina, 12 piyada əleyhinə mina, 452 partlamamış hərbi sursat (PHS) aşkarlanıb və zərərsizləşdirilib.

Həmçinin, 1429.1 hektar ərazi minalardan təmizlənib.


Digər xəbərlər
SON XƏBƏRLƏR