Bakıda taxta bazarı yanıb - FOTOLAR (Yenilənib)

img

20-04-2024 [19:20]


Paytaxtın Nərimanov rayonunda taxta bazarı yanır.

Mia.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhərinin Nərimanov rayonunda taxta bazarı adlanan ərazidə yanğın olması barədə məlumat daxil olub. Məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunublar.

Hazırda yanğınsöndürmə işləri həyata keçirilir.

Əlavə məlumat veriləcək.

***

Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri tərəfindən Bakı şəhərinin Nərimanov rayonunda “Taxta bazarı” adlanan ərazidə baş vermiş yanğınla mübarizə tədbirləri davam etdirilir.

Mia.az Nazirliyə istinadən xəbər verir ki, yanğınsöndürən və xilasedicilər tərəfindən ərazidəki mal-materialların yanğından qorunması məqsədilə təhlükəsiz əraziyə daşınması təmin olunur.

Ümumilikdə, yanğınla mübarizə məqsədilə əraziyə 15-ə yaxın texnika və 70 nəfərə yaxın canlı qüvvə cəlb olunub.

Hazırda yanğının söndürülməsi istiqamətində əməliyyat davam etdirilir.

Əlavə məlumat veriləcək.

***

Nərimanov rayonunda taxta bazarı adlanan ərazidə yanğınla əlaqədar polis əməkdaşları hadisə yerinə cəlb edilib.

DİN-in mətbuat xidmətindən bildirilib ki, təhlükəsizlik tədbirləri görülür(Report).

***

Bakı şəhərinin Nərimanov rayonunda “Taxta bazarı” adlanan ərazidə baş vermiş yanğın ətraf ərazilərə yayılmasına imkan verilmədən söndürülüb.

Mia.az Fövqəladə Hallar Nazirliyinə istinadla bildirir ki, yanğın nəticəsində, ilkin hesablamaya əsasən, 1000 kv.m sahəsi olan obyektin təqribən 500kv.m hissəsi yanıb: "Obyektin qalan hissəsi, digər obyektlər, kommunikasiya xətləri, o cümlədən yüksək gərginlikli hava elektrik xətləri yanğından mühafizə olunub".

img img img img img img

Digər xəbərlər
SON XƏBƏRLƏR