TOVUZDA ŞOK OLAY: 34 YAŞLI QADIN YANDIRILDI - 22 yaşlı oğlan tərəfindən (YENİLƏNİB)

img

19-04-2024 [15:39]


Tovuzda gənc oğlan özündən 12 yaş böyük qadını yandıraraq ona ağır xəsarətlər yetirib.

Məlumata görə, Tovuz rayon Aşağı Quşçu kəndində Şəmkir rayon sakini, 1990-cı il təvəllüdlü T.Məmmədova üzərinə benzin tökülərək yandırılıb.

O, ağır xəsarətlərlə xəstəxanaya yerləşdirilib(Report).

Daxili İşlər Nazirliyinin Gəncə Regional qrupundan Mia.az-a bildirilib ki, hadisəni törətməkdə şübhəli bilinən şəxs Tovuz rayon sakini, 2002-ci il təvəllüdlü Röyal Tağıyevdir.

"O, polis əməkdaşları tərəfindən saxlanılıb və istintaqa təhvil verilib. Onun barəsində Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə cinayət işi başlanıb", - rəsmi açıqlamada bildirilib.

Qeyd edək ki, hadisəni törətməkdə şübhəli bilinən şəxsin qadınla qeyri-rəsmi münasibətləri olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.


Digər xəbərlər
SON XƏBƏRLƏR