Naxçıvanda yoxlama: 15 iş üzrə materiallar Baş Prokurorluğa və DTX-yə təqdim olunub

img

19-04-2024 [12:45]


Hesablama Palatasının Naxçıvan Muxtar Respublikası üzrə İdarəsi tərəfindən 2020-2022-ci illəri əhatə edən 6 uyğunluq auditi keçirilib.

Mia.az xəbər verir ki, bunu Hesablama Palatasının sədri Vüqar Gülməmmədov Milli Məclisin bugünkü iclasında Palatanın 2023-cü ildə fəaliyyəti haqqında hesabatının müzakirəsi zamanı deyib.

Onun sözləırinə görə, hesabat ilində İdarə tərəfindən aparılan 6 tədbir də daxil olmaqla 15 nəzarət tədbiri üzrə müvafiq materiallar kollegiyanın qərarına əsasən Baş Prokurorluğuna və Dövlət Təhlükəsizlik Xidmətinə təqdim edilib: "Hesabat tərtib edildiyi tarixə olan məlumatlara əsasən, hesabat ilində 2023-cü ilin və əvvəlki illərin nəzarət tədbirləri üzrə 0,9 milyon manatın bərpası təmin edilmiş və bu istiqamətdə işlər davam etdirilir".


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA