Çempionlar Liqası: "Bavariya" ingilis klubunu əliboş yola saldı

img

18-04-2024 [08:46]


"Bavariya" UEFA Çempionlar Liqasının 1/4 final mərhələsinin cavab oyununda (ilk oyun 2:2 bitib) İngiltərənin "Arsenal" komandası ilə üz-üzə gəlib.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, “Bavariya” 63-cü dəqiqədə Joşua Kimmiçin qolu ilə hesabı açıb - 1:0.

Oyunda yeganə qol bu olub və bununla da "Bavariya" yarımfinala vəsiqə qazanıb.

Xatırladaq ki, 30 aprel-1 may və 7-8 may tarixlərində yarımfinallar, iyunun 1-də isə final oyunu olacaq.

Fərid Aslan

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:20 14.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA