"Təhdid və təzyiq dili ilə danışmaq heç bir nəticə verməyəcək" - Rəsmi Bakı Fransanın bəyanatına cavab verdi
SİYASƏT
17.04.2024, 10:37
"Azərbaycanın razılığı əsasında Fransanın 25 ilə yaxın müddətdə vasitəçilik roluna baxmayaraq, bu ölkənin 2020-ci il Vətən müharibəsindən sonra açıq-aşkar anti-Azərbaycan addımları hər kəsə məlumdur".
Mia.az xəbər verir ki, bu sözlər Azərbaycan XİN Fransanın Bakıdakı səfirinin məsləhətləşmək üçün Parisə çağırlması və bu barədə həmin ölkənn yaydığı açıqlamaya cavabda bildirilib.
Qeyd olunub ki, Fransa tərəfinin Azərbaycanı birtərəfli hərəkətlərdə təqsirləndirməsinə baxmayaraq, ölkəmizin Fransaya qarşı addımları və verdiyi rəsmi bəyanatlar yalnız bu ölkənin destruktiv fəaliyyətinə cavab xarakterli olub. Ölkəmizə qarşı qarayaxma kampaniyasına baxmayaraq, tərəfimizdən hər zaman dialoq qapıları açıq saxlanılıb:
"Fransa xüsusilə son 3 il yarım müddətdə atdığı addımlar ilə Azərbaycanla Ermənistan arasında suverenlik və ərazi bütövlüyü əsasında əlaqələrin normallaşdırılması səylərini ciddi şəkildə sual altına qoyub və vəziyyətin gərginləşməsinə rəvac verib.
Fransanın BMT Təhlükəsizlik Şurasında, Avropa İttifaqı, Frankofoniya kimi təşkilatlarda və digər beynəlxalq platformalarda dəfələrlə Azərbaycan əleyhinə sənəd layihələrinin təşəbbüskarı olması, bu ölkənin bitərəf vasitəçi iddialarının tamamilə əsassız olduğunu sübut edib.
Məhz Fransada hakim partiyanın nümayəndələrinin təşəbbüsü ilə Fransa Parlamentində ölkəmizə qarşı çoxsaylı əsassız ittihamların, təhqir və təhdidlərin əks olunduğu, Azərbaycanın ərazi bütövlüyü və suverenliyini sual altına qoyan və xələl gətirən, keçmiş qondarma rejimi tanıyan qərar və qətnamələr qəbul edildiyini xatırlatmaq istərdik.
Bu müddət ərzində Fransa ərazisində mövcud olan Azərbaycanofob mühitin nəticəsi olaraq səfirliyimizə qarşı dəfələrlə hücumların edilməsi və səfirliyin binasına zərər yetirilməsi, nəhayət ağlasığmaz addım kimi 19-cu əsr görkəmli Azərbaycan şairəsi Xurşidbanu Natəvanın büstünə qarşı vandallıq aktlarının törədilməsi və hökumət tərəfindən bunun qarşısının alınması üçün tədbirlər görülməməsi Fransanın Azərbaycan əleyhinə kampaniyasının tərkib hissələridir.
Eyni zamanda, Azərbaycanın BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) sədrliyini və ev sahibliyini hədəf alan çağırışlar edən Fransanın Azərbaycanı birtərəfli addımlarda təqsirləndirməsi tam əsassızdır.
Bununla yanaşı, Ermənistanın geniş şəkildə silahlanmasını həyata keçirən, bölgədə militarizmi təşviq edən Fransanın addımlarının sülhə xidmət etmədiyi gün kimi aydındır.
Azərbaycan tərəfi dəfələrlə Fransaya təhdid və təzyiq dili ilə danışmağın heç bir nəticə verməyəcəyini bildirib və öz milli maraqlarının qorunması üçün bütün zəruri tədbirlər görəcəyini bir daha bəyan edir".
Xatırladaq ki, Fransa Bakıdakı səfirini məsləhətləşmələr üçün geri çağırıb.
Bu barədə Fransa XİN-in yaydığı məlumatla buradan tanış ola bilərsiniz:
Samir Musayev
MİA.AZ
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
Xəzər dənizində 23 yaşlı şəxs batıb
Bugün, 10:38 CƏMİYYƏT
-
TRAMPIN TƏSVİRİ OLAN SİKKƏ BURAXILIR – FOTO
Bugün, 10:28 İQTİSADİYYAT
-
Fariz Əliyev: "Bir Pəncərə" idxal-ixrac prosedurlarını sadələşdirəcək"
Bugün, 10:25 İQTİSADİYYAT
-
Türkiyədə sərnişin avtobusu aşıb - 46 nəfər xəsarət alıb
Bugün, 10:17 KRİMİNAL
-
Şəmkirdə restoranda kütləvi zəhərlənmə olub (YENİLƏNİB)
Bugün, 10:09 CƏMİYYƏT
-
İran Parlamentinin sədri ABŞ-ın ölkəni parçalamaq istədiyini deyir: “Böyük müharibəyə hazır olmalı, ölümünə mübarizə aparmalıyıq”
Bugün, 10:02 DÜNYA
-
Cəbrayıla növbəti köç olub
Bugün, 09:55 GÜNDƏM
-
Azərbaycan nefti cüzi bahalaşdı
Bugün, 09:44 İQTİSADİYYAT
-
Xameneinin baş müşaviri: “Dünyada heç bir güc onu İrandan ala bilməz”
Bugün, 09:41 SİYASƏT
-
AXCP funksioneri saxlanılıb
Bugün, 09:26 SİYASƏT
-
İranda onkoloji xəstəxananın ətrafı vurulub - Xəstələr təxliyə olunub
Bugün, 09:26 GÜNDƏM
-
Ceyhun Bayramov Rusiyaya getdi (Yenilənib)
Bugün, 09:15 SİYASƏT
-
ABŞ İranı, İran isə Körfəz ölkələrini vurur – Müharibə davam edir
Bugün, 09:06 GÜNDƏM
-
İlyas Yalçıntaş, Sıla Gençoğlu və Fatih Aksoy saxlanılıb - Narkotik şübhəsiylə...
Bugün, 08:52 MƏDƏNİYYƏT
-
Bakıda oteldə yanğın... - VİDEO
Bugün, 08:50 CƏMİYYƏT
-
Odessada Azərbaycan vətəndaşlarının olduğu gəmiyə hücum... - Xilas olunanlar Vətənə gəlir, kapitan isə axtarılır (Yenilənib)
Bugün, 08:14 GÜNDƏM
-
Məhkəmə qərarı: müğənni və ətrafı həbs edildi - SİYAHI (Yenilənib)
Bugün, 08:02 MƏDƏNİYYƏT
-
DÇ-2026: Argentina ingilislərə qalib gəldi - Dünyanı möhtəşəm final gözləyir
Bugün, 01:04 İDMAN
-
Zelenski: “Ukrayna Aİ-nin tamhüquqlu üzvü olmağa layiqdir”
Bugün, 00:17 SİYASƏT
-
İrana yenidən zərbə endirilir – Bölgələrdə güclü partlayışlar baş verir
Bugün, 00:07 GÜNDƏM
-
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Bugün, 00:02 MƏDƏNİYYƏT
-
Mirzə Ələkbər Sabirin nəvəsinin "Telegram” hesabı oğurlanıb: “Xahiş edirəm..."
15.07.2026, 21:02 PRESS
-
İranda Trampın tabutda nəhəng afişası asılıb – FOTOLAR
15.07.2026, 20:44 DÜNYA
-
Dövlət Baxçalı millinin futbolçusunu qəbul etdi
15.07.2026, 20:43 İDMAN
-
Vüqar Rəhimzadə: "Azərbaycan ilə Slovakiya arasında əlaqələr strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib"
15.07.2026, 20:24 SİYASƏT
-
"Yelobank"ın sahibi bir ölkədə "qara zolaq"dan çıxarıldı
15.07.2026, 20:16 İQTİSADİYYAT
-
Zəngəzur dəhlizinə rus rəhbərlik edəcək: o, kimdir? - ABŞ-dan elə xəbər gəldi ki...
15.07.2026, 20:14 SİYASƏT
-
Xəzər dənizində daha bir nəfər boğulub
15.07.2026, 19:01 CƏMİYYƏT
-
Dəniz Baykalın həyat yoldaşı dünyasını dəyişib
15.07.2026, 18:55 DÜNYA
-
Türkiyədə nəhəng ətyeyən çəyirtkələr peyda olub – FOTO
15.07.2026, 18:22 DÜNYA
-
Slovakiya prezidentinin Azərbaycana səfəri başa çatıb
15.07.2026, 18:13 GÜNDƏM
-
Lənkəranın icra başçısına müavin təyinatı olub
15.07.2026, 17:59 CƏMİYYƏT
-
Rəsmi Tehrandan ABŞ-ın son hücumu ilə bağlı açıqlama: “30-dan çox mülki şəxs həlak olub”
15.07.2026, 17:48 DÜNYA
-
Aktyor Taleh Yüzbəyovun qalmaqallı reklamı və... - "Məni qınayanlara isə demək istəyirəm ki..."
15.07.2026, 17:45 MƏDƏNİYYƏT