Baş redaktor və müxbir həbs edilib

img

16-04-2024 [15:01]


Vətəndaşlardan hədə-qorxu ilə pul tələb edən baş redaktor və müxbir həbs edilib.

DİN-in Mətbuat Xidmətindən APA-ya bildirilib ki, "Realmedia.az" internet saytının baş redaktoru Ramin Qurbanov, özünü qəzetlərdən birinin müxbiri kimi təqdim edən Xəyyam Qurbanlı Daxili İşlər Nazirliyinə vətəndaşlardan daxil olan çoxsaylı şikayətlər əsasında saxlanılıblar.

Fakta görə Cinayət Məcəlləsinin hədə-qorxu ilə tələb etmə maddəsinə müvafiq olaraq hər iki şəxs barəsində polis idarəsində cinayət işi qaldırılaraq həbs edilib. Hazırda cinayət işi üzrə istintaq hərəkətləri davam etdirilir.

Qeyd edilib ki, onlar ayrı-ayrı şəxslərə və şirkətlərlə dair neqativ məlumatların paylaşılacağı ilə bağlı hədə-qorxu gəlməsi, eləcə də paylaşılmış məlumatların silinməsi məqsədilə müxtəlif məbləğlərdə qanunsuz pul tələb etməkdə ittiham edilirlər.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA