Baydendən İrana çağırış: "Etməyin" - "Bütün imkanlarımızla İsraili müdafiə edəcəyik"

img

13-04-2024 [14:18]


Aprelin 1-də İsrailin İranın Suriyadakı səfirliyinə hücumu və İranın buna cavab verəcəyini bəyan etməsi dünyada gərginliyi pik nöqtəyə daşıyıb.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə Ağ Evdə jurnalistlərə açıqlama verən ABŞ prezidenti Co Baydenə İranın İsrailə qarşı mümkün hücumunu hər an gözlədiklərini etiraf edib.

O, İranın İsrailə nə vaxt hücum edəcəyi haqda suala beləı cavab verib: "Mən etibarlı məlumat almaq istərdim, lakin mənim gözləntim bunun hər an baş verə biləcəyidir".

Bayden daha sonra deyib: "İsrailin müdafiəsinə sadiqik. İsraili hər zaman bütün gücümüzlə dəstəkləyəcəyik. İsrailin müdafiəsinə lazımı kömək edəcəyik. İran əsla uğur qazana bilməyəcək. Ona görə İsrailə səslənirəm, etməyin!".

Lamiyə Əhmədli

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR