Ceyhun Bayramov Qırğız lideri ilə bir araya gəlib: nələr müzakirə olunub? - FOTO

img

09-04-2024 [14:30]


Xarici işlər naziri Ceyhun Bayramov Qırğız Respublikasının Prezidenti Sadır Japarov ilə görüşüb.

Mia.az xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi paylaşım edib.

Bildirilib ki, görüş çərçivəsində tərəflər strateji tərəfdaşlığın daha da genişləndirilməsinin vacibliyini vurğulayıblar: "Ceyhun Bayramov qardaş Qırğız Respublikasına rəsmi səfəri çərçivəsində Prezident Sadır Japarov tərəfindən qəbul edilib. Danışıqlar dövlətlərimiz arasında qardaşlıq münasibətlərini səciyyələndirən tam açıqlıq və etimad şəraitində baş tutdu. Tərəflər strateji tərəfdaşlığın daha da genişləndirilməsinin vacibliyini vurğulayıblar".


Digər xəbərlər
SON XƏBƏRLƏR