Mikayıl Cabbarov Moskvada səfərdədir
09-04-2024 [12:52]
Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov ikitərəfli ticari-iqtisadi əməkdaşlığı müzakirə etmək üçün Rusiyanın paytaxtı Moskvada səfərdədir.
Ruisiya KİV-lərinə istinadən xəbər verir ki, nazir Rusiya Baş nazirinin müavini, sənaye və ticarət naziri Denis Manturov və Rusiya Mərkəzi Bankının sədri Elvira Nabiullina ilə görüşüb.
Danışıqlar barədə məlumatı Rusiya Federasiyası Mərkəzi Bankının və Rusiya Nazirlər Kabinetinin mətbuat xidmətləri yayıb.
Azərbaycanın iqtisadiyyat naziri və Mərkəzi Bankın rəhbəri hər iki ölkədəki iqtisadi vəziyyət barədə danışıb, ikitərəfli ticari-iqtisadi əlaqələri müzakirə edib, Rusiya-Azərbaycan maliyyə gündəliyinin bəzi aspektlərinə toxunublar.
Xatırladaq ki, Rusiyanın iqtisadi inkişaf naziri Maksim Reşetnikovun 2024-cü il martın əvvəlində Bakıya səfəri zamanı o, iki ölkənin bankları arasında qarşılıqlı əlaqənin genişləndirilməsinə və Azərbaycan banklarının Rusiya Bankının maliyyə məlumatlarının ötürülməsi sisteminə qoşulmağa çağırıb.
Bundan başqa, M.Cabbarov Moskvada D.Manturov ilə də danışıqlar aparıb.
“Rusiya ilə Azərbaycan arasında ticarət dövriyyəsi yaxşı dinamika nümayiş etdirir. Sənaye sahəsində qarşılıqlı fəaliyyətimiz ümumilikdə müsbət istiqamətdə inkişaf edir. Belə ki, iqtisadiyyatın əsas sahələrində bir sıra böyük layihələr həyata keçirilir”, - D.Manturov vurğulayıb.
Baş nazirin müavini buna misal olaraq avtomobil istehsalı və dəmir yolu sahəsində maşınqayırma kimi sənaye sahələrini, həmçinin aviasiya sahəsində istehsal və əczaçılıq sahələrini də qeyd edib. Bundan başqa, nazir onlayn ticarətdə mövcud olan böyük potensialdan danışıb.
D.Manturov azərbaycanlı naziri iyulda Yekaterinburqda keçiriləcək “İnnoprom” beynəlxalq sənaye sərgisinə də dəvət edib.
M.Cabbarov hələ mart ayında Bakıda M.Reşetnikovla görüş zamanı bildirmişdi ki, Azərbaycanın Rusiya ilə sənaye, nəqliyyat, ətraf mühitin mühafizəsi, kənd təsərrüfatı, eləcə də əməkdaşlığın yeni istiqamətləri üzrə əlaqələrin artırılması üçün böyük potensialı var: “Bu potensialın reallaşdırılması bizim üçün iqtisadi gündəmdəki əsas prioritetdir”.
Qeyd edək ki, Rusiya Azərbaycan iqtisadiyyatına ən çox sərmayə qoyan beş ölkədən biridir. Ötən il Rusiya Azərbaycana 274 milyon ABŞ dollarına yaxın investisiya yatırıb. Hazırda Azərbaycanda Rusiyanın iştirakı ilə ümumilikdə 624 milyon ABŞ dollarına yaxın müxtəlif layihələr həyata keçirilir. Buraya İT və aviasiya sahəsində istehsalından tutmuş tibb və yüngül sənayeyə qədər sahələr daxildir.
2023-cü ildə iki ölkə arasında ticarət dövriyyəsi 4,1 milyard ABŞ dolları səviyyəsinə çatıb. Bu, 30 %-dən çox artım deməkdir. Eyni zamanda, Rusiya-Azərbaycan ticarət dövriyyəsinin yarıdan çoxu - 54,2 %-i milli valyutalarla həyata keçirilir.
Rusiyanın 70-dən çox subyekti Azərbaycanla əməkdaşlıq edir. Azərbaycanla ən fəal inkişaf edən ticarət əlaqələri Moskva və Sankt-Peterburq şəhərləri, Moskva, Çelyabinsk, Nijni Novqorod, Sverdlovsk və Saratov vilayətləri, Stavropol və Krasnodar diyarları və Tatarıstan Respublikasıdır(Report).
CHP sədri Kosovoya səfərini son anda təxirə saldı - Bələdiyyə sədrinin həbsinə görə
Amerikada sorğu: əhali Donald Trampın fəaliyyətindən narazıdır
“Göztepe” komandası dağıldı - 11 oyunçu ilə yol ayrıldı
Türkiyədə FETÖ əməliyyatı: saxlanılanlar var
Zaur Axundov ev dustaqlığında qaldı - Həbs müddəti uzadıldı
İsmayıllıda ağır qəza: iki nəfər ölüb, xəsarət alanlar var
Araz Ağalarov həyat yoldaşından ayrılıb - Yenidən evləndi (FOTO)
Dövlət katibi: “Müctəba Xameneinin hakimiyyətdə qalıb-qalmayacağı qeyri-müəyyəndir"
ABŞ-ın Venesueladakı səfirliyi açıldı - 7 ildən sonra
Türkiyədə daha bir CHP-li bələdiyyə sədri tutulub - FOTO
Jurnalist ADSEA-ya su matoru aldı, icra başçısının rayondan xəbəri olmadığını iddia etdi: "Bu qədər məmur məsuliyyətsizliyi..."
YAP-ın QURULTAYININ VAXTI DƏQİQLƏŞDİ
16.7 MİLYONA BAŞA GƏLƏN 22 KM-lik YOL ELƏ GÜNƏ DÜŞDÜ Kİ... - 5 yaşayış massivinə gediş-gəliş qapadıldı (VİDEO)
Prezident bu fotonu paylaşdı
Xarici İşlər Nazirliyi bəyanat yaydı
Tramp İranda kiminlə təmasda olduqlarını açıqladı, Ali Dini Liderin isə… - “Bir həftə içində çox şeylər bəlli olacaq”
Livan Prezidenti: “Ölkənin cənubdakı vəziyyət faciəlidir”
Montella: “Özümü həqiqətən də türk kimi hiss edirəm”
İsrail parlamentindən şok qərar - Fələstinli məhbuslar edam olunacaq
Pezeşkian yeni şərt irəli sürdü: “Müharibənin bitməsi İran xalqının təhlükəsizliyi və…”
31 mart - Azərbaycanlıların Soyqırımı Günüdür
Tehran yenə bombalanır – Paytaxtda partlayış səsləri artıb
Bakıda qardaş qardaşı güllələyib
"FIFA Series – 2026": millimiz qalib gəldi (YENİLƏNİB)
ANAMA əməkdaşı Xocalıda qəzada ölüb
Xalq artisti Rasim Balayev dəfn edildi - Yenilənib
Ombudsman Səbinə Əliyeva bəyanat yayıb
Sabah yağış yağacaq
Şirvanda mənzildə partlayış olub, yaralı var - VİDEO
Paşinyan Baş nazir postuna yenidən namizəd oldu
Qazaxda 18 yaşlı qız dəm qazından boğulub
Sultan Süleymana Şah Abbas dərsi - TƏHLİL
Tramp: "Güman edirəm ki, tezliklə razılaşma olacaq" - "İran ABŞ-a 20 neft tankeri hədyyə edib"
Tehran bombalanır - Paytaxt qaranlığa qərq olub (FOTO)
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Şəfiqə Məmmədovadan Rasim Balayevlə bağlı açıqlama: "Çox pisəm, özümə gələ bilmirəm"
Bakıdakı ali məktəblər hara köçürülür? - VİDEO
Hava ilə bağlı əhaliyə - Xəbərdarlıq