Özbəkistan prezidenti 426 məhbus əfv edib

Özbəkistan prezidenti 426 məhbus əfv edib

DÜNYA

09.04.2024, 11:44

Özbəkistanda Ramazan bayramı ilə bağlı əfv fərmanı imzalanıb.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, prezident Şavkat Mirziyoyevin fərmanına əsasən, 426 məhbus əfv olunub: "Fərmana əsasən, 426 məhkumdan 335-i azadlığa buraxılacaq, 91 məhkumun cəza müddəti isə azaldılacaq".

Məlumata görə, əfv olunan məhbusların 5-i qeyri-qanuni təşkilatın üzvü, 13-ü 60 yaşdan yuxarı, 50-si qadın və 11-i xarici ölkə vətəndaşıdır.

Samir Musayev

MİA.AZ 

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR