Ərdoğanla Səudiyyə Ərəbistanının vəliəhdi müzakirə aparıb - İkitərəfli münasibətlər, bölgədəki vəziyyət...

img

09-04-2024 [00:05]


Bu gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman bin Əbdüləziz Əl Səud ilə telefonda danışıb.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, görüşdə Türkiyə ilə Səudiyyə Ərəbistanı arasında ikitərəfli əlaqələr, qlobal və regional məsələlər müzakirə edilib.

Prezident Ərdoğan görüşdə İsrailin Fələstinə qarşı hücumlarının tez bir zamanda dayandırılması və Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının atəşkəs qərarının həyata keçirilməsi üçün İslam dünyasının daha çox səy göstərməsini vacib sayıb: "Biz daha çox birlik nümayiş etdirməliyiik".

Görüş zamanı prezident Ərdoğan da vəliəhdi Ramazan bayramı münasibətilə təbrik edib.

Lamiyə

MİA.AZ 


Digər xəbərlər
SON XƏBƏRLƏR