Ramazan bayramının namazı aprelin 10-da qılınacaq - Açıqlamalar (Yenilənib)

img

08-04-2024 [13:22]


Azərbaycan məscidlərində Ramazan bayramı namazı Əjdərbəy məscidində aprelin 10-u saat 08:00-da, Təzəpir məscidində isə saat 09:00-da qılınacaq.

Qafqaz Müsəlmanları İdarəsindən Mia.az-a bildirilib ki, bayram namazı həmçinin digər məscidlərdə də 08:00 və 09:00-da qılına bilər: "Bakıda Əjdərbəy məscidində bayram namazının vaxtı saat 08.00, Təzəpir məscidində 09.00-a təyin edilib".

Xəbərdə o da qeyd olunub ki, namaz vaxtını məscid imamları camaatın istəyinə uyğun olaraq müəyyənləşdirə bilərlər.

Qeyd edək ki, bu il Azərbaycanda Ramazan ayı martın 11-də başlayıb. Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, aprelin 10-u və 11-i Azərbaycanda Ramazan bayramı qeyd edilir.

***

Ölkəmizdə Ramazan bayramının namazı vaxtı açıqlanıb.

Bu barədə Mia.az-a Qafqaz Müsəlmanları İdarəsinin Qazılar Şurasının üzvü Hacı Surxay Məmmədli deyib.

O bildirib ki, bayram namazı məscidlərdə aprelin 10-u, saat 09:00-da qılınacaq.


Digər xəbərlər
SON XƏBƏRLƏR