Xarici İşlər Nazirliyindən Qazaxıstandakı sellə bağlı - Açıqlama

img

08-04-2024 [09:31]


Azərbaycan Xarici İşlər Nazirliyi Qazaxıstandakı sellə bağlı açıqlama yayıb.

Mia.az xəbər verir ki, açıqlamada deyilir: "Qardaş Qazaxıstanda baş verən dağıdıcı daşqınları dərin hüznlə qarşıladıq. Bu fəlakətdən zərər çəkən insanlara Allahdan kömək diləyirik, dünyasını dəyişənlərin ailələrinə və yaxınlarına başsağlığı veririk. Qardaş Qazaxıstanın xalqı və hökuməti ilə həmrəyliyimizi ifadə edirik".

Xatırladaq ki, Qazaxıstanın 10 şəhərində güclü selə görə fövqəladə vəziyyət elan olunub.

Məlumata görə, Qazaxıstanda əriyən qar səbəbindən yaranan güclü daşqın 46 755 nəfərin təxliyyəsinə səbəb olub: "Ümumilikdə artıq 10 bölgədə  fövqəladə vəziyyət elan edilib. Ölkədə bir çox bəndlər dağılıb, çaylar daşıb. Seldən ən çox zərər çəkən qərb və şimal əyalətlərində 3 min 171 ev su altında qalıb..".

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR