Polisdən sensasion əməliyyat: ölkənin keçmiş vitse-prezidenti Meksika səfirliyinə basqınla qandallandı - Açıqlamalar

img

06-04-2024 [15:26]


Ekvador polisi dünyada anoloqiu olmayan əməliyyata imza atıb.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, Ekvador polisi 2022-ci ilin dekabrından Meksikanın Quitodakı səfirliyində qalan Ekvadorun keçmiş vitse-prezidenti Xorxe Qlası həbs etmək üçün bu gün adıçəkilən ölkənin səfirliyinə basqın edib.

Məlumata görə, polis zorla səfirliyinə girərək, Meksika hökumətinin siyasi sığınacaq verəcəyini açıqladığı Qlası qandallayıb.

Meksikanın Kitodakı səfirliyinin siyasi məsələlər üzrə məsul işçisi Roberto Kanseko jurnalistlərə bildirib ki, Ekvador polisi zorla səfirliyə daxil olub: "Onlar bizim əməkdaşlara, diploamtlara zor tətbiq ediblər. Bütün baş verənlər qətiyyən qəbul edilə bilməz. Bu, sözün əsl mənasında barbarlıqdır. Biz Qlasın həyatından şox narahatıq".

Meksika prezidenti Andres Manuel Lopez Obrador hadisəyə operativ reaksia verib: "Ekvador polisinin Meksika səfirliyinə basqını milli suverenliyin açıq-aşkar pozulmasıdır: "Bu, cavabsız qalmayacaq. Artıq Xarici işlər nazirinə gərəkli addımarla bağlı tapşırıqlar verilib. Təkrar edirəm, səfirliyimizə basqın beynəlxalq hüququn və Meksikanın suverenliyinin açıq şəkildə pozulmasıdır. Bu səbəbdən hələlik mən Ekvador hökuməti ilə bütün diplomatik əlaqələri dərhal dayandırmaq göstərişi verdim...".

Xatırladaq ki, Ekvadorun keçmiş vitse-prezidenti Qlas 2017-ci il oktyabrın 3-də rüşvət ittihamı ilə axtarışa verilib. O, Braziliyanın “Oberdecht” tikinti şirkətinin ölkədəki infrastruktur tenderlərində qalib gəlmək üçün rüşvət alınmasının başında durmaqda ittiham olunur. Qlas 2022-ci ilin dekabrında Meksikanın Quitodakı səfirliyinə sığınıb və o vaxtdan orada yaşayırdı...

Samir Musayev

MİA.AZ
 


Digər xəbərlər
SON XƏBƏRLƏR